10 C
Baku
Tuesday, December 23, 2025

Maliyyə Bazarlarına Nəzarət Palatası bu Bankın istıqrazlarını təsdiq etdi

16 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən “PAŞA Bank” ASC-nin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 500 000 (beş yüz min) ədəd sənədsiz, təmin edilməmiş istiqrazların baza emissiya prospekti təsdiq edilmişdir. Bu barədə Banker.az-a Palatadan xəbər verilib.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılmışdır.

Son xəbərlər
Digər xəbərlər