21 C
Baku
Tuesday, October 8, 2024

“Tony Blair Associates” fəaliyyətini dayandırıb

Böyük Britaniyanın sabiq baş naziri Toni Bler sahibi olduğu “Tony Blair Associates” şirkətinin fəaliyyətinin dayandırmasını elan edib.

“The Guardian” qəzetinə istinadən xəbərə görə, “Tony Blair Associates” ilə ilə yanaşı ona bağlı olan “Firerush” və “Windrush” adlı vençur strukturları da fəaliyyətini dayandırıb.

Sabiq baş nazir bildirib ki, şirkətin əldə etdiyi gəlirlər qeyri-kommersiya məqsədlərinə sərf olunacaq.

“Mən gəlir əldə etmək məqsədilə konsaltinq layihələrinin kiçik bir hissəsini saxlayıram. Vaxtımın 80%-ini isə qeyri-kommersiya sektorundakı fəaliyyətimə həsr edəcəm”, – deyə T. Bler qeyd edib.

Qəzet xatırladır ki, T. Bler 9 ildir konsaltinq biznesi ilə məşğuldur və onun 200-ə yaxın işçisi var. Sabiq baş nazirin şirkətləri dünyanın 20 ölkəsində fəaliyyət göstərir. “Tony Blair Associates” fəaliyyət göstərdiyi dövrdə Azərbaycan, Qazaxıstan, Küveyt, Albaniya kimi ölkələrin hökumətlərinə məsləhətlər verib.

APA

Son xəbərlər
Digər xəbərlər