12 C
Baku
Saturday, January 11, 2025

Cost Management (Maliyyət Mühəndisliyi)

Müəllif: Elçin Çobanov, Azfen J.V. HR Department

elchin%20cobnaoMaliyyət mühəndisliyi 1950-ci illərdən sonra yaranmağa başlayan bir sahədir. Maliyyət mühəndisinin vəzifələri smeta mühəndisi ilə oxşardır. 2006-cı ildə AACE tərəfindən bilik və savadların maliyyət mühəndisliyinə tətbiq edilməsinin yollarını göstərən “Total Cost Management (TCM) Framework” (60$) kitabı nəşr olunmuşdu.

Maliyyət mühəndisinin əsas vəzifəsi maliyyətin (maya dəyərinin) dəqiq hesablanması və qrafikləşdirilməsini təmin edərək əlavə xərclərdən yayınmağı təmin etməkdir. Geniş mənada isə maliyyə mühəndisliyi proyektin idarə olunması, biznesin idarə olunması və texnikanın idarə olunmasının birləşməsindən əmələ gəlib. Əksər insanlar mühəndisin işinin nədən ibarət olması barədə məhdud təsəvvürə malikdir. Mühəndisin əsas vəzifəsi fiziki struktura və sistemə nəzarətdən ibarətdir.

Fiziki struktura və sistemə nəzarət dedikdə (misal üçün tikintidə) müəyyən bir işin (tikilinin) başa gəlməsi üçün lazım olan pulun, vaxtın və digər istehsal faktorlarının təxmin olunması nəzərdə tutulur. Maliyyət mühəndisləri bu faktorlara maliyyət (COST) kimi baxırlar. Maliyyət mühəndisliyi ənənəvi mühəndisliyin bir üst səviyyəsi sayılır. Belə ki, maliyyət mühəndisi idarə olunacaq resursların fiziki göstəriciləri ilə yanaşı maliyyə dəyəri ilə də maraqlanır. Maliyyət menecmenti dərs olaraq universitetlərdə əsasən mühəndislərə, idarəedicilərə, maliyyəçilərə tədris olunur, belə ki, bu sahənin məzunları proyektlərin idarə olunmasında bilavasitə iştirak edirlər. Lakin nəyisə öyrənmək heç vaxt gec deyil.

Maliyyət mühəndisinin bilməli olduğu bir sıra bacarıqlar:

  • Güclü riyazi biliklər (Dəqiq hesablamaları həyata keçirmək üçün);
  • Maliyyə anlayışı (Maya dəyərinin və ümumiyyətlə dəyərin hesablanması üçün);
  • Mühasibatlıq bilikləri (Maliyyətlərin sistemləşdirilməsi və hesabatların hazırlanması üçün);
  • Araşdırmaq bacarığı (Ona verilən məlumatların dəqiqliyini yoxlamaq və alternativləri görmək üçün);
  • İşlətdiyi sahə haqqında baza biliklər (Misal üçün tikintidə işləyirsə smetanı bilməlidir ki digərlərinin işinə nəzarət edə bilsin).
Son xəbərlər
Digər xəbərlər