Son günlərin ən aktual mövzularından biri məhz SOCAR istiqarazlarının icitimaiyyətə təqdim edilməsi olmuşdur. Bu mövzu ətrafında çoxlu mübahisə və müzkirələrin mövzularından biridə SOCAR-ın müflis olma riskinin nə dərəcədə real olması və əgər bu baş verərsə dövlətin onun öhdəlikləri qarşısında hansı funksiyanın daşıması durur.
Hüquqşünas ekspert Əkram Həsənov bu məsələ ətrafında fikirlərini aşağıdakı formada çatdırmışdır:
Сəmiyyətə səhvən belə bir fikir yeridilirki SOCAR müflis ola bilməz, arxasında dövlət durur, istiqrazların dövlət zəmanəti var, az qala nağd pula bərabər bir şeydi və hər an satılıb pula çevrilə bilər və s. və i.a. Bütün bunlar həqiqətə uyğun deyil!
Azərbaycanda yalnız bir hüquqi şəxs müflis ola bilməz – Mərkəzi Bank (haqqındakı Qanunun 14-cü maddəsinə əsasən). Digər hüquqi şəxslər müflis ola bilər. O cümlədən SOCAR. Hətta istiqrazlarının Emissiya prospektinin 6-cı və 42-ci səhifələrində SOCAR-ın müflis ola bilməsi ehtimalı etiraf olunur. Borcları əmlakından çox olan hüquqi şəxs müflisdir. Bu halda o ləğv olunur və mövcud əmlakı hesabına borclarının yalnız bir qismi ödənilir, qalanları isə silinir, batır.
SOCAR-ın Nizamnaməsinin 1.7-ci bəndinə əsasən isə dövlət onun öhdəliklərinə görə cavabdeh deyil. Yəni SOCAR borclarını ödəyə bilməsə, dövlət arxasında durmayacaq, borclarını (o cümlədən istiqrazlar üzrə) ödəməyəcək. Bu halda müflisləşmiş SOCAR sadəcə ləğv olunacaq, borclarının da ən azı bir qismi ödənilməmiş.
SOCAR-ın istiqrazlarının da dövlət zəmanəti yoxdur. Emissiya prospektində də onların təminatsız olduğu birbaşa təsbit olunub. Dövlət sadəcə istiqrazların qeydiyyatını həyata keçirib. İstənilən hüquqi şəxs istiqraz buraxa bilər və dövlət onun istiqrazlarının qeydiyyatını həyata keçirəcək. Yəni burada dövlətin istiqrazların ödənilməsi üzrə hər hansı məsuliyyəti yaranmır.
İstiqraz pul deyil. Faktiki olaraq kredit müqaviləsidir. İstiqrazı buraxan borc alan, onu alan isə kreditordur. İstənilən borc qaytarılmaya bilər, çünki istənilən hüquqi şəxs müflis ola bilər.
İstiqrazı adi kreditdən fərləndirən onun başqasına satıla bilinməsidir. Təbii, alan olsa. SOCAR istiqraza qoylan pulu yalnız 5 ildən sonra geri qaytaracaq. Bu müddət ərzində onu kim ala bilər? 5 ildən sonra SOCAR-ın istiqrazı ödəyə bilməsinə inanan.









