Banklarda dollar satışının məhdudlaşdırılması “qara bazar”ın canlanmasına səbəb olub. Banker.az saytı xəbər verir ki, Musavat.com-un məlumatına görə, Daxili İşlər Nazirliyinin əməkdaşları mütəmadi olaraq reydlər keçirirlər. Bu gün də axşam saatlarında Nəsimi rayonu ərazisindəki “qara bazar”da qeyri-qanuni fəaliyyət göstərən dollar alverçilərinə qarşı reyd keçirilib, onlardan ikisi saxlanılıb.