23 C
Baku
Saturday, September 28, 2024

Bloomberg versiyasına görə dünyanın 10 nüfuzlu şəxsi

Bloomberg agentliyi özünün dünyanın ən nüfuzlu insanları reytinqini elan etdi. Reytinqə 50 nüfuzlu şəxs daxil edilib. Bloomberg analitikləri sözügedən bu reytinqi təşkil edərkən çoxsaylı jurnalist və redaktorun fikrini öyrənmiş, daha sonra reytinqin pillələrinin sayını 100-dən 50-ə endirmişdir.

Banker.az reytinqin ilk 10 pilləsini təqdim edir:

10. Serxio Moro, Federal hakim, Braziliya

Məhz hakim Moro və onun prokuror komandası sayəsində Braziliyada prezident Dilma Russefin vəzifəsindən azad edilməsini təmin edən siyasi mühit yaradılıb.sergio moro brazil

 

9. Warren Buffet, СЕО, Berkshire Hathaway

Buffet bu il ərzində də perspektivli şirkətlərə investisiya yatırmağa davam edir. Onun Berkshire Hathaway kimi nəhəng şirkəti ilə yanaşı, inkişafda olan layihələrə etdiyi yatırımlar da diqqət mərkəzindərir.071813warrenbuffettbloomberg-750

 

8. Janet Yellen, Sədr, ABŞ Federal Ehtiyat Sistemi (FES)

Janet Yellen sayəsində ABŞ iqtisadiyyatı öz əsas göstəricilərini bir qədər pisləşdirsə də, digər ölkələrdəki vəziyyət fonunda əminliklə inkişaf etməyə davam edir.janet-yellen

 

7. Mario Dragi, Prezident, Avropa Mərkəzi bankı

Dragi artıq 5 ildir ki, Avropa Mərkəzi bankını uğurla idarə edir. O Böyük Britaniyanın Aİ-nı tərk etməsindən sonra vəziyyətin pisləşməməsi üçün əlindən gələni edəcəyini bildirib.Mario Draqi

 

6. Angela Merkel, kansler, Almaniya

Merkelin mühacirlərə qarşı yürütdüyü siyasət ölkədə birmənalı olaraq qarşılanmadı və ola bilsin ki, onun bu yaxınlarda keçirilən seçkilərdə siyasi gücünü zəiflətməsi məhz bununla bağlıdır.German Chancellor Merkel gestures as she gives a speech at German sustainable development congress in Berlin

5. Ceff Bezos, СЕО, Amazon

Bezosun dünya bazarına təsiri açıq-aydındır. Bu il Amazon şirkəti üçün də uğurludur və onun şirkəti onu dünyanın ən varlı üçüncü şəxsi etdi.

jeff bezosamazon4

4. Ksi Cinping, Prezident, Çin

Ksi Cinping ölkənin illik iqtisadi artım səviyyəsini qoruyacağına və borc həcminin azaldılacağına söz verib. Bu plan uğursuzluqla nəticələndə, onun nəticələri bütün maliyyə bazarına təsir edəcək.

china-president-investigates-powerful-family-650x365

3. Hilary Clinton, ABŞ prezidentliyinə namizəd

ABŞ seçkilərində Clinton qalib gəlsə, onun əsas tapşırığı vergi sistemində islahatlar həyata keçirmək olacaq ki, bu da nəhəng şirkət və varlı şəxslərə təsir edəcək.

Hillary Clinton

 

2 Donald Trump, ABŞ prezidentliyinə namizəd

Yox əgər seçkilərdə Trump qalib gəlsə, bütün dünya onun seçki öncəsi verdiyi vədlərini hansı dərəcədə reallaşdırdığına tamaşa edəcək._87088118_trump_976afp

1. Teresa May, Baş nazir, Böyük Britaniya

23 iyul tarixində həyata keçirilən referendumdan sonra Britaniyadakı vəziyyət siyasi və maliyyə arenasına çıxdı. Ölkənin iqtisadiyyatının taleyi Teresa May-in yeni şərtlərlə açar mövqeli partnyorlarla necə razılığa gəlməsindən asılıdır.Theresa May Remains The Favourite To Become Conservative Party Leader

Son xəbərlər
Digər xəbərlər