Yahoo deyir ki, hakerlər 2014-cü ildəki, təqribən 500 milyon istifadəçinin məlumatını oğurlayıb və bu, tarixdə ictimai açıqlanan ən geniş kiber-hücumdur.
Hücumda götürülənlərə adlar, elektron ünvanlar, telefon nömrələri, həmçinin “şifrələnmiş təhlükəsizlik sualları və cavablar” da daxil olmaqla şəxsi məlumatlar daxildir.
Buraya hər hansı kredit kartı daxil deyil, sayt deyib və əlavə edib ki, onlar bu hücumun dövlət-dəstəkli olduğuna inanır.
İyul ayında Yahoo ABŞ telekommunikasiya nəhəngi olan Verizon-a 4.8 milyard dollara satılıb.
FTB hücumla bağlı araşdırma apardığını təsdiqləyib.
Texnologiyalara böyük miqyaslı haker hücumunun olması ehtimalı haqqında məlumatlar avqust ayında, “Peace” (Sülh) kimi tanınan haker qrupu 200 milyon Yahoo hesabını satmağa cəhd etməsi zamanı yayılmışdı.
Cümə axşamı Yahoo təsdiq edib ki, hücum onların ilk düşündüyündən də qat-qat böyük olub.
Yahoo təklif edib ki, istifadəçilər parolunu 2014-cü ildən bu yana dəyişməyiblərsə indi təcili bunu etsinlər.
Verizon şirkətindən BBC-yə deyiblər ki, onlar haker hücumu haqqında məlumatı “son iki gündə öyrənilblər”.
Adı çəkilməyən 3 ABŞ rəsmisi Reuters xəbər agentliyinə deyib ki, bu hücum, bir qədər əvvəl Rusiya məxfi agentlər tərəfindən törədilən haker hücumuna bənzədiyinə görə onlar bunun da dövlət-dəstəyi ilə baş verdiyinə inanır.
Hazırda sual olunur ki, Yahoo-nun bu hücum haqqında tam məlumatlanması üçün nə qədər zaman lazım olub.
“Bu həqiqətən də narahat edicidir ki, 2014-cü ildə olan pozuntu bu qədər uzun müddət ərzində aşkar olunmayıb”, Surrey Universitetindən professor Alan Woodward deyir.
“Bu da təəccüblüdür ki, ictimai bəyanatın yayılması bu qədər uzun zaman alıb.”
Yahoo 1994-cü ildə Jerry Yang və David Filo tərəfindən yaradılıb və öz zamanında internet xidməti sahəsinin pioneri olub.
Bu sayt vaxtilə ABŞ-da çox məşhur idi və şirkətin qiyməti 125 milyard dollar həcmində dəyərləndirilirdi. Lakin ötən əsrin son 10 illiyində Yahoo-nun öz mövqeyini itirməsi onun Verizon şirkəti tərəfindən alınmasına gətirib çıxardı.
Hər ay milyardlarla insan Yahoo-ya məxsus saytlara daxil olur və Verizon ümid edirdi ki, bununla xüsusi quruplara reklam sata bilər.
Lent.az