Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 29-da 50 milyon manatın cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.
Trend-in AMB-nin saytına istinadən verdiyi məlumata görə, hərrac “Bloomberg” ticarət platformasına keçiriləcək.
Depozitlər üzrə faiz dərəcəsi 12,01-14,99 % arasında dəyişəcək.
Vəsaitlərin yerləşdirmə müddəti 28 gündür.