22 C
Baku
Wednesday, October 9, 2024

“Yuana investisiyanı bir daha nəzərdən keçirə bilərik”- AMB sədri

Azərbaycan Mərkəzi Bankı Çinin maliyyə bazarına investisiya yatırmağı yenidən nəzərdən keçirə bilər.

APAb  xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, dünya bazarlarında gedən proseslər valyuta ehtiyatlarının idarə olunmasına daha diqqətlə yanaşmağı tələb edir: “Biz Çinin maliyyə bazarına investisiya yatırmağa çalışırdıq. Bu istiqamətdə müəyyən işlər də görmüşdük. Hətta Çinin Mərkəzi Bankı ilə sənədləri imzalamaq mərhələsinə gəlib çatmışdıq. Lakin dünya bazarlarında gedən bu proseslər valyuta ehtiyatlarının diversifikasiyasına daha diqqətlə yanaşmağı tələb edir. Bu planı hələlik təxirə salmışıq. Amma daha əlverişli şəraitdə biz Çin bazarına qayıdacağıq”.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı Çinin maliyyə bazarına 500 mln. dollar həcmində investisiya yatırmağı planlaşdırmışdı. AMB bununla bağlı Çin Mərkəzi Bankından iki razılıq almışdı.

Son xəbərlər
Digər xəbərlər