22 C
Baku
Wednesday, October 9, 2024

“FED uçot dərəcəsini artırmamaqla düzgün addım atdı”-FED rəhbəri

“ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artırmamaqla düzgün addım atdı. Çünki inflyasiya hələlik aşağı səviyyədədir”.

Bunu Minneapolis ştatının Federal Ehtiyyat Bankının prezidenti Nil Kaşkari bildirib. Qeyd edək ki, bu il N. Kaşkari FED-in iclaslarında səsvermə hüququna malik olmasa da, onun müzakirələrdə iştirak etmək hüququ var.3bbdbbe5c55fd418ac18037ee60e8c6c

“Mən sentyabrın 21-də keçirilən iclasda uçot dərəcəsinin sabit qalması barədə qərarı dəstəklədim. Hesab edirəm ki, bu, düzgün qərardır. Fikrimcə aşağı inflyasiya riskləri böyükdür”.

Avqustda ABŞ-da işsizliyin səviyyəsi 4,9% idi. FED rəsmilərinin əksəriyyəti bu göstəricinin gələcəkdə də azalacağını proqnozlaşdırır. İnflyasiya isə son 4 ildə 2%-dən aşağıdır. FED üçün hədəflənən səviyyə 2%-dir.

“Mən nə faiz dərəcəsinin artırılmasının, nə də azaldılmasının tərəfdarıyam. Mən sadəcə inflyasiya və işsizliyin səviyyəsini izləyərək optimal qərarın qəbul olunmasının tərəfdarıyam”, – deyə N. Kaşkari əlavə edib.

Son xəbərlər
Digər xəbərlər