Azərbaycanda bankların bağlanması zəif, qeyri-sağlam kredit təşkilatlarının ölkə iqtisadiyyatına mənfi təsirini azaltmaq məqsədi daşıyır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədr müavini Aftandil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, bankların bağlanması, ləğvi, lisenziyalarının geri alınması prosesi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində baş verir.
Qeyd edək ki, hazırda ölkədə 33 bank fəaliyyət göstərir.