Bu ilin II rübündə Rusiyada çalışan əmək miqrantları tərəfindən Azərbaycana həyata keçirilən pul transfertlərinin həcmi 203 mln. ABŞ dolları təşkil edib. Bu, I rüblə müqayisədə 80 mln. dollar və ya 65% çoxdur.
Rusiya Mərkəzi Bankına (Rusiya Bankı) istinadən xəbərə görə, MDB ölkələri arasında miqrantların öz vətənlərinə göndərdikləri vəsaitin həcminə görə Azərbaycan 2016-cı ilin II rübündə 5-ci sırada qərarlaşıb. İlk sırada 696 mln. dollarla Özbəkistan, daha sonra 495 mln. dollarla Tacikistan, 487 mln. dollarla Qırğızıstan, 270 mln. dolalrla Ukrayna yer alıb.