Azərbaycan Mərkəzi Bankı (AMB) 3 oktyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 03.10.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6170 səviyyəsində müəyyən olunmuşdur.
Xatırladmaq istərdik ki, bu gün yəni, 30 sentyabr tarixində dolların rəsmi məzənnəsi 1,6211 manat olub.
Tanınmış maliyyə agentliyi Bloomberg-də isə , bu gün USD/AZN məzənnəsi 1,6450 səviyyəsindən 1,6415 səviyyəsinə qədər azalıb.