6 C
Baku
Sunday, December 15, 2024

“Azərbaycan Sənaye Sığorta”ya məxsus sığorta şəhadətnamələri itib

“Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) adından buraxılmış 497 sığorta şəhadətnaməsi itirilib. 

“Report” xəbər verir ki, bu barədə rəsmi mərtbuatda məlumat verilib.

Məlumata görə, bunlardan 428-i avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 69-u isə daşınmaz əmlakın icbari sığortası ilə bağlıdır.

İtirilmiş şəhadətnamələr etibarsız sayılır və gələcəkdə ASS üçün heç bir hüquqi nəticə yaratmır.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 200 manat olan 5 000 səhm əsasında formalaşıb. Səhmlərin 75%-i “Anadolu İnvestment Company” MMC-yə, 25%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər