“Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin ərazisində yerləşən “AtaBank”ın “Qalaaltı” şöbəsinin xidmətlərindən indiyədək minlərlə turist yararlanıb. Kompleksin daxilində fəaliyyət göstərən şöbə fiziki və hüquqi şəxslərə geniş spektrdə bank xidmətləri göstərir.
Xidmət mərkəzində həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, ödəniş terminallarında kredit ödənişləri, kommunal xidmətlərin ödənişi, biznesin inkişafı üzrə məsləhətlərin verilməsi və s. xidmətlər təklif olunur.
“Qalaaltı” şöbəsi bazar ertəsindən cümə gününədək saat 09:00-dan 17:00-a kimi müştəriləri qəbul edir.
Bu gün “AtaBank” yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
“AtaBank” ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün Bankın rəsmi səhifəsi www.atabank.com və www.facebook.com/atabank ünvanlarına müraciət edə bilərsiniz.