9 C
Baku
Thursday, December 12, 2024

Media daha çox hansı bankları “vurur”?

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

 

Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

 

Biz Media Təqib Mərkəzinə istinadən banklarla bağlı sentyabr  ayı üzrə məlumatları təqdim edirik.

 

2016-ci ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 22582 xəbər yerləşdirilib ki, bunlardan 12427 xəbərdə söhbət konkret bankdan gedib: 12081 xəbər neytral, 346 xəbər isə mənfidir.

 

Mənfi xəbərlər arasında “liderlər”: Bank Standard (103 xəbər – Azərbaycanda daha bir bankın lisenziyası ləğv edildi), Zaminbank (69 xəbər – Zaminbank müflis elan edilə bilər), Expressbank (63 xəbər – hakerlər Azərbaycanlı sahibkarın bank hesabını qarət etdi).

 

Xəbər sayına görə sıralama:

 

Azərbaycan Beynəlxalq Bankı 2324 xəbər
Kapital Bank 796 xəbər
AFB Bank 651 xəbər
Bank of Azerbaijan 535 xəbər
Texnika Bank 469 xəbər
Zaminbank 400 xəbər
KredoBank 385 xəbər
Azər-Türk Bank 359 xəbər
Bank Standard 357 xəbər
Nikoil Bank 356 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 2049 xəbər dərc edilib, bu xəbərlərdən 777 xəbərdə konkret bankın adı çəkilib – 773 xəbər neytral, 4 xəbər isə mənfidir.

Mənfi xəbərlər: Beynəlxalq Bank (2 xəbər – bankın əməkdaşı müştərinin sirrini yayıb), Zaminbank (2 xəbər – Zaminbank müflis elan edilə bilər).

 

Xəbər sayına görə sıralama:

 

Azərbaycan Beynəlxalq Bankı 248 xəbər
Kapital Bank 78 xəbər
AFB Bank 52 xəbər
Texnika Bank 31 xəbər
PAŞA Bank 24 xəbər
Bank Standard 20 xəbər
Rabitəbank 18 xəbər
Zaminbank 17 xəbər
Qafqaz İnkişaf Bankı 16 xəbər
KredoBank 16 xəbər

 

Sentyabr ayında televiziya kanallarında banklar haqqında 81 xəbər göstərilib – 51 xəbərdə konkret bankı adı hallanıb: xəbərlərdən 46-sı neytral, 5-i isə mənfi xəbərdir.

 

Mənfi xəbərlər Bank Standarda (5 xəbər – lisenziyası ləğv olunub) məxsusdur.

 

Xəbər sayına görə sıralama:

 

Kapital Bank 37 xəbər
Bank Standard 5 xəbər
Azərbaycan Beynəlxalq Bankı 4 xəbər
Xalq Bank 2 xəbər
Azər-Türk Bank 2 xəbər
Nikoil Bank 1 xəbər

Modern.az

Son xəbərlər
Digər xəbərlər