15 C
Baku
Sunday, November 24, 2024

İqtisadi fəlsəfə

İqtisadiyyatın fəlsəfi iqtisadi reallıq haqqında fəlsəfi təlimdir. O, iqtisadi reallığı tədqiqi edir, buradakı aktual problemləri üzə çıxarır, interpritasiya və ya şərh edir, iqtisadi varlığın əsasları və prinsiplərini öyrənir. Iqtisadi fəlsəfənin əsas həll etdiyi məsələ əslində “malik olmaq” yox,“necə sağ qalmaq?” məsələsidir. Bir elm kimi iqtisadiyaat fəlsəfəsi, iqtisadi biliklərin fəlsəfi qnesioloji şərhini edir, iqtisadi problemlərin həllində metodoloji baza rolunu oynayır və bir baza kimi o, fəlsəfənin qanun və kateqoriyalarından, prinsiplərindən (sistemlilik, konkretlik, inkişaf) yanaşır və Qərb və Şərq mədənəyyətlərinin iqtisadi həyata təsirini öyrənir. 

Ən qədim fəlsəfi düşüncələr hələ ibtidai icma dövründə yaranmışdır. İqtisadi fikirlər o zaman hər hansı ayrıca əsə və kitablarda şərh edilməmişdir. Bu dövrün iqtisadi bilikləri öz əksini daş üzərində mixi yazılarda, mifologiyada, fəlsəfi traktatlarda dini kitablarda tapmışdır. Belə ki, Çar Xammurapinin qanunları daş üzərində mixi yazılarda, qədim yunan cəmiyyətinin iqtisadi həyatı Homerin poemalarında, yəhüdilərin, Fələstində və ətraf torpalarda yaşamış insanların iqtisadi həyatı Bibliyada öz əksini tapmışdır.

İlk əvvəl qədim yunan miflərində iqtisadi həyat, əmək, məişət, maddi və mənəvi sərvətlər haqqında fikirlərə rast gəlmək olur. Ozaman pul və var- dövlətin insan həyatnda mənfi rol oynaması, maddiyata həddindən artıq meyl edilməsi, insanların mənəviyyatının dağılması haqqında fikirlər mövcud idi. Sistemli şəkildə iqtisadi biliklərə ilk olaraq antik fəlsəfədə rast gəlinir. Bundan başqa hind fəlsəfəsində, Konfutsilikdə iqtisadi fikirlər var idi.

Platon və Aristotelə qədər fəlsəfi biliklər əsas etibarı ilə in­san­la­rın gündəlik həyat təcrübəsinin simvolik və bədii-obrazlı şə­kil­də ifadə olunmuş sistemləşdirilməsindən ibarət idi. Pla­ton və Aristoteldən baş­layaraq fəlsəfə, artıq, sadəcə, müd­rik­liyə mə­həb­bətlə kifayət­lən­məyərək, nəinki təkcə insan haq­qın­da, həmçinin onun həyat fəaliyyətinin cərəyan etdiyi dünya haq­qın­da təsəv­vür­lə­rin eti­bar­lı fun­da­mentinə istinad edən təlim kimi for­ma­laşır.

Qədim yunan fəlsəfəsi həqiqi varlığın strukturu haqqındakı mə­­­­sə­lə­ni müzakirə edərək, bu problemin həllinə dair müxtəlif ca­vab­lar siya­hı­sını təq­dim etdi: son hədlər və ya maddənin bütün dün­ya­nın təşkil olun­duğu ən kiçik hissəciklərinin mövcudluğu haq­qın­da təsəvvürlər (antik ato­mizm); təbiətin sonsuz bölünənliyi, de­mə­li, bö­lün­­mənin hər hansı bir son həd­dinin olmaması haqqında təsəvvürlər; nə­hayət, bütün mövcud olanın hər şeyi əhatə edən və hər şeyə nüfuz edən vəhdəti haqqında təsəvvürlər. Hər bir düşünən insan bu cür tə­səv­vürlərin şüurlu axtarışında və seçi­min­də iştirak edə bilərdi. Həm ax­tarış, həm də seçim tənqid və mən­tiqi arqu­men­tasiya metodları əsa­sında variantlardan birini qəbul etmək vasitəsilə həyata ke­çi­ril­ir­di.

Qədim yunan fəlsəfəsində ilk dəfə olaraq iqtisadi həyatın mənşəyinə dair çox dəyərli fikilər söylənmişdi. Yunanıstanda iqtisadi fikir ozünün ən yüksək nöqtəsinə antik dövrdəKsenofontun, Platonun və Aristotelin əsərlərində çatmışdır. İqtisadiyyat sözünün ilk müəllifi olan Ksenofont “Ev təsərrüfatı” traktatında ilk dəfə olaraq cəmiyyətdə əmək bölgüsü probleminin öyrənilməsinə böyük maraq göstərmişdir.Ksenofont təsərrüfatı istehlak dəyərlərinin yaradılması prosesi kimi qiymətləndirmişdi. O, əməyin əqli və fizikiyə, insanların isə azad və qullara bölgüsünü təbii hesab etmiş, bununla da quldarlığa haqq qazandırmış və iqtisadi inkişafın yolunun kənd təsərrüfatında – əkinçilikdə görmüşdü. . Onun platforması qul sahibliyinin və istehlakın kollektiv formasına yönəlmişdir.

Aristotel qədim dünyanın iqtisadi biliklərinin ən yüksək nümunələrini vermişdir. O, birinci dəfə olaraq iqtisadi hadisə və proseslərin nəzəri cəhətdən dərk edilməsinə və o zamankı cəmiyyətin iqtisadi qanunlarını təhilil etməyə çalışmışdır. Buna görə də o ilk iqtisadçı olmuşdur. O, birinci olaraq iqtisad elminin tədqiqit obyetki olan əmtəə istehsalının bir çox iqtisadi anlayışlarını: mübadilə,pul, qiymət, ticarət, mənfəət, borc faizi və s. işləyib hazırlamışdır mübadilə prosesinin təhlilini vermişdir. Aristotel mübadilədə əmtəə dəyərlərinin bərabərləşməsini görə bilmişdi və bu bərabərləşmənin hər hansı bir əsasını inandla axtarmışdı. Mübadilənin əsasında ictimai əmək bölgüsünün dayandığını göstərmişdi.

Aristotelin öz fəlsəfəsində quldarlığı təbii, qulu isə danışan alət adlandırmışdır. O, natural quldarlıq təsərrüfatının mənafelərini müdafiə etmişdir və quldarlıq quruluşunun iqtisadi xarakteristikasını vermişdir. Quldarlıq quruluşunun ehtiyacdan yarandığını qeyd etmişdir. Azad vətəndaşlar üçün fiziki əməyi layiq görməmiş bütün fiziki və ağır işlərin qullara mənsub olduğunu göstərmişdir. Qula gəlir gətirən əmlak kimi baxmış və onu mülkiyyətin ən zəruri obyekti adlandırmışıdır.

Fəlsəfi biliyin özünəməxsusluğunu əsaslandırmaq üçün Aris­to­tel sonralar «Metafizika» adlandırılan ilk başlanğıclar haq­qında tə­lim yarat­dı. Aristotelin anlamında metafizika o vaxtlar təbii-elmi bi­lik­lər­lə ey­niləş­di­ri­lən, fiziki biliyin fövqündə dayanan xüsusi tip bilikləri ifa­də edir. Əgər «bilik» anlayışını yalnız faktın və ya bir­ba­şa müş­a­hi­də­nin inikası kimi deyil, həm də müşahidə olunanın nə­zəri izahı və onun mahiyyətinin dərk edilməsi kimi anlasaq, fəl­sə­fə öz in­kişafının ilk mərhələsində bütün möv­cud bilik­lərin ha­mı­sı­nı əhatə edirdi. Bu mə­nada o, bütöv bir tam kimi başa düşülən dün­ya və insan haqqında bilik­ləri özündə təcəssüm et­dirir. Fəl­sə­fə­nin pred­me­ti­nin bu cür anla­şıl­ması uzun əsrlər boyu davam etmiş­dir.

Platonun fəlsəfəsi baxışalrında əmək bölgüsü haqqında fikirlər üstün mövqe tutmuşdur. Platon əmlak bərabərsizliyini və siniflərin mübarizəsini aradan qaldırmağa cəhd göstərmişdir. O, torpaq və evlərin bərabər bölgüsünü təklif edir, torpaqların satılmasıa və qızılla gümüşün mülkiyyətçisi olmağı qadağan etməyi təklif edirdi.

Xeyli sonralar, Yeni dövrdən başlayaraq, konkret elm­lər fəl­sə­­fə­dən qo­pub ayrılmağa başladı. Elmlərin, xüsusən, XIX əsrin ortalarından başlayaraq sürətlə in­­ki­şaf etməsi fəlsəfənin predmeti və funksiyası haqqında təsəv­vür­lər­də ciddi dəyişikliklər yaratdı.Bir çox görkəmli mütə­fək­kirlər fəl­səfəyə xüsusi tip bilik kimi yanaşmağa başladılar.

Aydındır ki, fəlsəfənin təqribən üç minillik tarixi ərzində onun pred­me­ti tədricən dəyişmiş və dəqiqləşmişdir. Lakin bu sa­hə­də daha ra­dikal dəyişikliklər, göründüyü kimi, XIX əsrin orta­la­rın­da baş verdi və fəlsəfə bü­tövlükdə öz inkişafının keyfiy­yətcə yeni döv­rünə qədəm qoydu. Be­lə­lik­lə, Qərbi Avropa fəlsəfi fikrində iki əsas tarixi dövr fərq­lən­dirilir: ənənəvi, klassik fəlsəfə­nin meydana gəl­məsi və inkişafı dövr­ü, XIX əsrin ikinci yarısın­dan başlayaraq, bu gün də davam edən qeyri-ənənəvi və qeyri-klassik fəlsəfə döv­rü. Onu, həm də post­klas­sik fəlsəfə də adlandırırıq, çünki o, «ger­çək­liyi öyrənmir – bununla elm məşğul olur və bizim gördüyümüz dün­yanın ar­xa­sın­da giz­lənən yeni dünya da kəşf et­mir – bununla din məş­ğul olur. Fəlsəfə isə mümkün dünya yaratmağa cəhd gös­tə­rir, bu baxımdan o, incə­sə­nə­tə yaxındır. Azadlığın mümkün ol­­duğu bir dünya və bunun nə­ti­cə­si kimi – yara­dı­cılıq, məhəbbət, xoş­bəxt­lik»

Necə olsa da, klassik fəlsəfə qərarlı şəkildə iddia edirdi ki, gec-tez o, elə bir fəlsəfi təlim yaradacaq ki, həmin təlim fəlsəfənin kök­lü prob­lemlərini birdəfəlik həll edəcək, yaxud heç olmasa, fəl­sə­fi id­ra­kın köklü, fun­damental problemlərinin əsas məzmu­nunu aça­caqdır. Müasir fəlsəfə mə­sələnin bu cür araşdırılmasını heç irəli də sürmür, be­lə ki, o hesab edir ki, bu prinsipcə həll olunan məsələ deyil, onun qo­yu­luşu mənasızdır. Bu cür qərarın əsasları aydındır. Axı, insan id­ra­kı təbiəti etibarilə sonlu və məh­­duddur. O, mütləq id­rak, sonun­cu və yekun həqiqət adlanmağa iddia edə bilməz. Lakin fəlsəfədə çox­dan müəyyənləşmiş həqiqətə, son 1,5 əsr ər­­zin­də daha çox istə­ni­lən şü­ur aktının sosial-tarixi və mədəni-tarixi şərt­lərilə əlaqədar olan mü­hakimələr əlavə olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər