Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina neftin qiymətinin 25 dollara düşməsi vəziyyətində belə fəlakət yaşanmayacağını deyib.
AzərTac “gazeta.ru”ya istinadla xəbər verir ki, E.Nabiullina, neft qiymətlərinə bağlı iqtisadi artım modelinin artıq təsirli olmadığını deyib. O, yeni modelin investisiyaya söykənən olmasının vacibliyini bildirib.