18 C
Baku
Wednesday, May 8, 2024

“Bank Standard”ın ipoteka portfeli bu Banka ötürülüb

Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin ipoteka portfeli “Muğanbank” ASC-yə ötürülüb.

Banker.az xəbər verir ki, bu barədə Reporta “Muğanbank”dan bildirilib.

Məlumata görə, bunun üçün oktyabrın 3-də “Azərbaycan İpoteka Fondu” ASC (AİF) ilə “Muğanbank” arasında imzalanmış 20 dekabr 2006-cı il tarixli xidmət müqaviləsinə əlavələr edilib.

Son nəticədə “Muğanbank”ın ipoteka portfeli 2 dəfə böyüyüb. Hazırda Bank 2 minə yaxın ipoteka krediti götürmüş müştəriyə xidmət göstərir və AİF-in müvəkkil kredit təşkilatları arasında ipoteka portfelinin həcminə görə liderdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər