8 C
Baku
Sunday, December 21, 2025

Daha bir BOKT-un lisenziyası ləğv olundu

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən “Naxçıvan Kredit” bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin kreditlərin verilməsi üçün verilmiş lisenziyası müraciəti əsasında ləğv edilmişdir.

Bu barədə Banker.az-a  Palatadan məlumat  verilib.

“Naxçıvan Kredit” BOKT MMC-nin təsisçilərinin ümumi yığıncağı tərəfindən BOKT-nin könüllü ləğv edilməsinə dair qərar qəbul edilmiş və bununla əlaqədar olaraq Palataya müraciət olunmuşdur.

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.1-ci maddəsini və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Naxçıvan Kredit” BOKT MMC-yə kreditlərin verilməsi fəaliyyətinə verilmiş 06 iyul 2006-cı il tarixli 192-QB nömrəli lisenziyasını ləğv edilmişdir.

 

Son xəbərlər
Digər xəbərlər