VAKANSİYA 1: Marketoloq
Əmək haqqı təcrübədən asılı olaraq dəyişə bilər.
• Bazar araşdırması,
• Marketinq və analitik təhlillərin aparılması,
• Bazar fürsətlərinin dəyərləndirilməsi;
• Test analizlərinin aparılması,.
• Malın satış bazarının vəziyyəti,.inkişaf analizi,qiymətləndirilməsi,proqnozlaşdırılmasının həyata keçirilməsi.
Tələblər:
• Ali təhsil;
• İş təcrübəsi;
• Təhlil aparmaq bacarığı;
• Təşəbbüskar olmalı;
• İnkişafa meyilli olmalı;.
• Yaş həddi 25-35 arası
CV göndərərkən mövzu qismində “Marketoloq” sözünün yazılması mütləqdir. E-mail: [email protected]
VAKANSİYA 2: Satış Nümayəndəsi (Soyuq və İsti Satış)
ƏMƏK HAQQI: 600 – 900 AZN
• Ərzaq və qeyri-ərzaq mallarının realizəsini təşkil etmək;
• Cəmiyyətin ticarət və yayım şəbəkələrinin işini əlaqələndirmək;
• Əmtəə bazarının analizi və xüsusiyyətlərini tədqiq etmək;
• Satışın stimullaşdırılması üçün tədbirlər görmək;
Tələblər:
• Ali təhsil;
• Sürücülük vəsiqəsi;
• Satış sahəsində iş təcrübəsi;
• Satışın analizini aparmaq bacarığı;
• Bakı şəhərinin satış nöqtələrini yaxşı tanımalı;
• Bakı şəhərində qeydiyyatda olmalı;
• Kompüterdə sərbəst işləmək bacarığı;
• Ünsiyyətcil;
• İnkişafa meyilli;
• Öz üzərində işləyən;
• Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı.
CV göndərərkən mövzu qismində “Satış Nümayəndəsi” sözünün yazılması mütləqdir.
Şəkilsiz CV-lərə baxılmayacaq! E-mail: [email protected]
VAKANSİYA 3: Katibə-referent
Tələblər:
• Ali təhsil;
• İngilis və Rus dilləri;
• Kompüter bilikləri;
• Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
• İnkişafa meyilli;
• Perspektivli xanım olmalı;
• Yaş həddi – 25 və yuxarı.
İş barəsində:
• Rəhbərin inzibati-sərəncamverici fəaliyyətinin təşkilati-texniki cəhətdən təmin edilməsi üçün işlər həyata keçirir;
• Baxılmaq üçün rəhbərə təqdim edilmiş məktubları qəbul edir, qəbul edilmiş qərara əsasən onları cavab hazırlanması, yaxud iş prosesində istifadə edilməsi üçün struktur bölmələrinə və ya konkret vəzifəli şəxslərə verir;
• Kargüzarlığı aparır, kompüter vasitəsilə müxtəlif əməliyyatlar yerinə yetirir;
• Rəhbərin tapşırığı ilə məktublar, sorğular və sair sənədlər tərtib edir və məktub müəlliflərinə cavablar hazırlayır;
• Qəbula gələnlərin qəbulunu təşkil edir, işçilərin təklif və xahişlərinə vaxtında baxılmasına kömək edir;
• Rəhbərin ayrı-ayrı xidməti tapşırıqlarını icra edir.
CV göndərərkən mövzu qismində “Katibə-referent” sözünün yazılması mütləqdir! E-mail: [email protected]
VAKANSİYA 3: Dizayner
• Şirkət rəhbərliyinin tapşırığı əsasında bədii-tətbiqetmə işlərini vaxtında və keyfiyyətlə yerinə yetirmək,
• Bədii və texniki tətbiq layihələrinin tərtibində bilavasitə iştirak etmək və bu layihələrdə rəhbərliyin təkliflərini nəzərə almaq,
• Eskizləri tərtib etmək və onları təstiq etmək üçün rəhbərliyə təqdim etmək,
• Bölmə rəhbərinə dizayn sahəsi üzrə müvafiq məsləhətlər vermək və işin daha səmərəli yerinə yetirilməsi üçün təkliflər vermək,
• Dizayn sahəsi üzrə qabaqcıl təcrübəsinin öyrənilməsi və bu barədə rəhbərliyin məlumatlandırılmasını həyata keçirmək,
Tələblər:
• Ali təhsil;
• Dizayn proqramları (Photoshop, Corel Draw)
• İngilis dili bilikləri;
• Yaradıcı olmalı;
• Ciddi, məsuliyyətli, dəqiq, daim üzərində işləməli;
• Yaş həddi – 25-30 arası.
• Xanım namizədlərə üstünlük verilir!
CV göndərərkən mövzu qismində vakansiyanın qeyd olunması xahiş olunur.
Şəkilsiz CV-lərə baxılmayacaq.
E-mail: [email protected]