10 C
Baku
Friday, December 13, 2024

“Atasığorta”nın Direktorlar Şurasının üzvü vəfat edİb [FOTO]

“Atasığorta” ASC-nin Direktorlar Şurasının müstəqil üzvü vəfat edib. Şirkətdən verilən məlumata görə, söhbət Namiq Behbud oğlu Səmədovdan gedir.

Onun yerinə hələ ki, heç kim seçilməyib.

Xatırladaq ki, N.Səmədov 22 yanvar 1961-ci ildə Naxçıvan MR-nın Ordubad şəhərində anadan olub. O, 1978-1985-ci illərdə Z.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda “Sənayenin iqtisadiyyatı” fakültəsində ali təhsil alıb. Əmək fəaliyyətinə tələbə olarkən başlayan N.Səmədov 1981-2009-cu illərdə dövlət işində çalışıb, 2009-2016-cı illərdə hazırda ləğvetmə prosesində olan “Atrabank” ASC-nin İdarə Heyətinin sədr müavini, 2013-cü ilin iyun ayından isə paralel olaraq “Atasığorta”nın Direktorlar Şurasının müstəqil üzvü olub.

Allah rəhmət eləsin!img_8519

report

Son xəbərlər
Digər xəbərlər