Maliyyə bazarında bank biznesi (off-şor isə onun ayrılmaz bir hissəsidir) imtiyazlı mövqe tutur. Banklar həmişə etibar, nüfuz və inkişafı tərənnüm edib. Təbii ki, uyğun olaraq, belə institutların məsuliyyəti də yüksəkdir.
Ticarət və digər şirkətlərin offşor zonalarda “topdan” qeydiyyatdan keçdiyi halda, offşor banklar “pərakəndə” xarakter daşıyır. “Xalis formada” offşor banklar qeyri-rezidentlərə xidmət edən institutlardır. Qeyri-rezidentlərə xarici şirkət və fərdi şəxslər aid edilir. Belə banklar qeydiyyatdan keçdiyi ölkə istisna olmaqla hər yerdə bütün bank əməliyyatlarını həyata keçirə bilirlər.
Offşor banklar korporativ vergiyə cəlb olunmurlar (və ya minimal dərəcə ilə ödəyirlər), bu da mülkiyyətçilərin divident və qeyri-rezidentlərin isə depozitlərinə qoyulan faizləri artırmağa imkan verir. Belə gəlirə vergi tətbiq olunmadığından, əldə olunmuş gəlirlər off-şor bankların qiymətli kağızlara yenidən investisiya olunur və ya onların yığım offşşor hesablarına köçürülür.
Lakin bu o demək deyil ki, offşor banklar heç bir vergi ödəmir. Onlar illik qeydiyyat haqqı və digər rüsumlar ödəyirlər, bu rüsumların həcmi digər bank olmayan offşor şirkətlərinə nisbətən qat-qat yüksək olur. Offşor banklara təyin olunan nizamnamə kapitalı isə adi şirkətlər üçün müəyyən olunan minimal həddən əhəmiyyətli dərəcədə yuxarıdır.
Iri beynəlxalq maliyyə kartelləri çox asanlıqla offşor nümayəndəlikləri aça bilirlər. Müasir offşor qanun layihələri offşor bankların mülkiyyətçi, top-menecer, və kadr heyətinə münasibətdə hədsiz ehtiyatlı davranırlar. Ona görə də bank offşor əməliyyatlarına lisenziyanın verilməsini bir neçə kateqoriyaya bölürlər. Bu, qeyri-məhdud, eləcə də müəyyən məhdud əməliyyatların həyata keçirilməsinə icazə verən lisenziyalar ola bilər.
ABŞ offşor banklara, eləcə də onlara müxbir hesabı açan banklara münasibətdə çox kəskin mövqe tutur. Hazırda offşor bank adı altında qeydiyyatdan keçmək demək olar ki, mümkün deyil – belə bir imkan verən qətnamələr demək olar ki, mövcud deyil. Afrikada bir neçə ekzotik variant var, lakin sizə verilmiş icazə sənədlərinə heç kim təzminat verə bilməz.
Offşor zonalarda bank lisenziyaların verilməsi ilə bağlı istənilən liberalizm və ya çeviklik bütün offşor sənayesinə ağır zərbə vura bilər. US Patriot Act-dan (2001-ci ildə oktyabrında ABŞ-da qəbul olunmuş qanun) qorxuya düşmüş müxbir banklar offşor banklara müxbir hesab açmaqdan heç nədən qorxmadıqları kimi qorxurlar. Axı onlar özlərinin ABŞ banklarında olan müxbir hesablarını da risk altında qoyurlar.
Lakin hər halda offşor banklar fəaliyyət göstərirlər və göstərməkdə də davam edirlər. Çünki onlar trast və yığım əməliyyatlarını aparmaq üçün daha çox uyğundurlar və etibar cəhətdən amerikan, eləcədə Avropa banklarından heç nə ilə geridə qalmırlar. 2001-ci il hadisəsindən sonra yalnız iri maliyyə strukturları offşor bank biznesi ilə məşğul ola bilirlər.