Daha bir bankın rəhbərliyində dəyişiklik

“Nikoil Bank”ın İdarə heyəti sədrinin müavini Emil Məmmədov vəzifəsini tərk edib.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

Hazırda bankın İdarə heyətinin tərkibinə 4 nəfər – sədr Nikoloz Şurqaya, onun müavinləri Fərhad Hacınski və Fuad Tağıyev, həmçinin İdarə heyətinin üzvü Sergey Xmurin daxildir.

Son xəbərlər
Digər xəbərlər