Maliyyə Bazarlarına Nəzarət Palatası bank fəaliyyətinə nəzarət departamentinin daxili nəzarət idarəsinin böyük inspektoru vəzifəsinə işçi axtarır.
Namizədə dair tələblər:
– Ali təhsil (maliyyə/iqtisadi);
– Analoji sahə üzrə ən azı 3 illik iş təcrübəsi;
– Maliyyə qanunvericiliyi üzrə biliklər;
– Tədqiqat aparma, təhlil etmə, analitik hesabat tərtib etmə və idarəetmə bacarığı;
– Layihələrlə iş bacarığı və təcrübəsi;
– Ünsiyyətqurma və komandada işləmək bacarığı;
– Fikirlərini yazılı şəkildə aydın və dolğun çatdırma bacarığı;
– Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;
– MS Office proqramları.
İşin təsviri:
– Kredit təşkilatlarında yoxlamalar həyata keçirir;
– Keçirilmiş yoxlamaların nəticələrinə dair hesabatlar hazırlayır;
– Kredit təşkilatlarına göstəriş və tapşırıqların verilməsi, qanunvericiliyə uyğun tədbirlərin, sanksiyaların tətbiq edilməsinə dair təkliflər hazırlayır;
– Nəzarət prosesi çərçivəsində bankların nümayəndələri ilə əlaqə saxlayır və ya görüşlər həyata keçirir;
– Nəzarət strategiyasının müəyyən edilməsində iştirak edir;
Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.
Əlaqə vasitələri:
E-mail: hr@fmsa.az







