“Bank Standard” ASC-nin əmanətçiləri 11-12 oktyabr tarixlərində 20 mln. 450 min manatdan artıq məbləğdə kompensasiya alıblar. Bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat veriib.
Xəbər verildiyi kimi, ADIF oktyabrın 11-də “Bank Standard” ASC-də qorunan əmanətlər üzrə ların verilməsinə başlayır.
İlkin mərhələdə $20 min məbləğinə qədər olan qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçiriləcək.
“Bank Standard”da qorunan əmanətlərin ümumi məbləği 603 mln. manat təşkil edir, bunun 568 mln. manatı qorunan əmanətlərdir, 460 mln. manat məbləğində əmanətlər üzrə kompensasiya veriləcək.
Bankın qorunan əmanətçilərinin ümumi sayı 138 min nəfərdir.
“Bank Standard”ın lisenziyasının ləğv edilməsi haqqında qərar banka sağlamlaşdırıcı (sanator) təyin edilmiş “Azər-Türk Bank” ASC-nin və “Bank Standard”ın yeni menecementinin müraciəti əsasında Maliyyə Nazirliyi və Mərkəzi Bankla məsləhətləşməklə qəbul edilib.
“Bank Standard” kommersiya bankının idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan investisiya layihələrinin maliyyələşdirilməsi son dövrlər onun maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına səbəb olmuş, bankın likvidlik və kapital mövqeyi zəifləmiş, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər yaranmışdı.
“Bank Standard” Azərbaycanın aparıcı banklarının beşliyinə daxil idi.
İnterfaks-Azərbaycan