Kaliforniyada qızıl hərisliyinin (ing. Gold rush) tarixi 1848-ci il yanvar ayının 24-də ştatın paytaxtı olan Sakamento yaxınlığında başlayıb. Həmin gün taxta zavodunun su hovuzunu Ceyms Uilson Marşal Amerikan çayı sahilində qızıla oxşar nəsə tapır. Metalın azot turşusu ilə yüngülvarı yoxlanışı göstərir ki, Marşalın əlində saxladığı metal noxud boyda yüksək əyarlı qızıl dənələridir. Taxta zavodunun sahibi isveçrəli mühacir və qızılaxtaran sahibkar qızılaxtaranların əraziyə gəlişini qarşısını almaq üçün bu tapıntını gizlətməyə çalışır. Lakin onların bütün cəhdləri nəticəsiz qalır, kəşfi yalnız bir həftə sirr olaraq saxlamaq mümkün olur.
Qısa bir müddətdə xəbər San-Fransisko şəhərinə qədər yayılır. Yerli qəzetlər təzə xəbəri çap etməyə tələsir. Bəziləri isə bunu növbəti qəzet sensasiyası kimi qəbul edir. Əlbəttə ki, qızlın aşkar olduğu ərazidə külçə axtarışına çıxan inşalar insanlar peyda olur. Amma hələ ki kütləvi axtarışlardan söhbət belə gedə bilməzdi.
Kaliforniyadakı qızıl yataqlarının “təbliğatında” mühüm rol isə San-Fransiskodan olan Sem Brennan adlı tacirin öhdəsinə düşür. Məhz o bilərəkdən Kaliforniya torpaqlarında gizlənən böyük sərvət və qızıllar haqqında şayiələr yaymağa başlayır. Ən maraqlısı isə odur ki, Brennan özü heç də müstəqil şəkildə qızıl axtarışı ilə məşğul olmağa can atmır, bu onun heç ağlının ucundan belə keçmir. O, sadəcə ona ümid edir ki, əgər bura kəşfiyyatçıların və qızıl axtaranların kütləvi axını olarsa, onda o, öz gündəlik tələbat və məişət mallarını daha yaxşı sata biləcək, onun satışları artacaq. Beləliklə, bu yerə insanlar axın etməyə başlayanda Sem onlara bel, kürək, tavan-qaza və çoxlu sayda digər əşyalar sata bilər. Yekunda o bunun sayəsində xeyli sərvət toplamağa müyəssər olur. Həmin dövr üçün kifayət qədər zəngin insana çevrilir.
Kaliforniyada çap edilən elan. Elanda gəminin qızıl olan ərazilərə, hərəkət edəcəyi bildirilir, (1850)
Xəbərlərin yayılma arealı genişləndikcə , qızılaxtaranların sayı da tədricən artır. Əgər əvvəlcə bu yaxın kənd və şəhərlərin əhalisi idisə, tezliklə Kaliforniyaya digər ştatlardan da insan axını başlayır. Gələnlərin bir çoxu hətta yüksək əziyyət tələb edən bu işə yerli hindu əhalini də cəlb edir ki, işin çətin və qara hissəsini onlar görsün. Tapılan qızılın miqdarı o qədər çox olur ki, ilk ilin sonunda San-Fransiskodan bu qiymətli metal ilə yüklənmiş gəmilərin apardığı qızılın miqdarı yarım milyon dollara bərabər olur, bu qızıl sikkə istehsalı üçün nəzərdə tutulmuşdu.
Marşallın unikal tapıntısından sonra, Kaliforniyada qızıl hərisliyinin tarixi daha böyük şiddətlə inkişaf etməyə başlayır. Tezliklə xəbər bütün Amerikaya yayılır. Syerra-Nevadanın (ABŞ-ın cənub-qərbində) qərb yamacları boyunca 320 km uzunluğunda, 130 km enində olan zolağın qızıllı olduğu aşkar edilir. Daha sonra xəbər bütün dünyaya yayılır. Bununla da buraya nəinki Amerikadan, Çin, Avstraliya, Yeni Zelandiya kimi uzaq ölkələrdən qızıl axtaranların axını başlayır. 1849-cu ildə əhalinin sayı 80 minə qədər artmışdı, cəmi 10 ildən sonra isə bu rəqəm 400 min nəfərə çatır
Kaliforniyada qızıl istismarı bir neçə il davam etmişdir. Qızıl səpintiləri qızılaxtaranların tələbatını ödəmirdi. Qızılaxtaranlar artıq səpintilərin deyil, qızıl filizlərinin kəşflərini gözləyirdi. 1850-ci ilin oktyabrında Qold Hill dağının yaxınlığında ilk qızıl damarı tapıldı və burada tezliklə Nevada Siti şəhəri salandı. Uzunluğu 190 km, eni isə 2 km olan filiz zonası Ana damar adlandırılmışdır. Burada qızıl 40 mədəndə 100 ilə yaxın müddətdə hasil olunurdu. Qızıl damarlarının çoxu 1350 m dərinliyə qədər istismar edilirdi. Həmin dövrdə Amerika Birləşmiş Ştatlarının qızıl istehsalının üçdə birini Kaliforniya ştatında olan mədənlərdən əldə edilirdi.
Qızıl kəşfiyyatçıları arasında müxtəlif peşədən olan insanlar var idi: fermerlər, əsgərlər, müəllimlər və digər adamlar. Amma onların hamısını bir ümumi məqsəd birləşdirirdi: onlar bura öz “amerika arzularını” reallaşdırmaq üçün gəlmişdi.
Bəzi nəzərə çarpacaq əngəllərə baxmayaraq, Kaliforniya qızılını çıxarmaq elə də çətin deyildi -əksər hallarda o, demək olar ki, ayaqların altına səpilmişdi. Alyaskanın donmuş torpaqlarından onu tapıb çıxarmaq daha çətin idi. Alyaskada qızıl olması ilə bağlı ilk iddialar 1872-ci ildə eşidildi.
Alyaska qızılı
ABŞ-ın bu ştatında da qızıl hərisliyi təqribən 1880-ci illərdə başladı, bu zaman iki kəşfiyyatçı tərkibində qızıl olan iki böyük kvars yatağı aşkar etmişdi. Elə həmin dövrdə də Kaliforniyada olduğu kimi, burada qızılaxtaranların axını başlayır. Amma Alyaskada qızıl hərisliyinin pik nöqtəsi 1896-cı ilə təsadüf edir. Corc Karmak tərəfindən 1896-cı il avqust ayının 16-da Klondayk çayında qızıl tapılması xəbəri bütün Amerikaya yayılır. Məhz Corc Karmak Bonanza bulağı yaxınlığında ən böyük qızıl yatağını kəşf edir. Dəniz yolu ilə Alyaskanın Skakvey limanına gələn qızılaxtaranlar çox çətin və təhlükəli Çilkut aşırımını piyada dəf edir, sonra isə Yukon çayının vadisinə çatırdılar. Qızılaxtaranların səfəri daim təhlükələr ilə zəngin idi, bir çox məqamlarda isə qızılaxtaranların xəstələnməsi və ya ölməsi halları tez-tez baş verirdi. Qızılaxtaranlar arasında olan məşhur Amerika yazıçısı Cek London bu barədə ətraflı yazmışdır:
Aydındır ki, bizim adamların bir hissəsi yollarda həlak oldu, bir hissəsi buzların yaratdığı çətinliklərlə üzləşdi, minlərlə insan yorulub əldən düşmüş və öz gücünə inamını itirdiyi üçün geri qayıtmışdır.
Alyaskadakı sərt hava şəraiti qızılaxtaranları ciddi sınağa məruz qoyur. İl ərzində qızıl sevdası ilə bura üz tutan 100 min insandan cəmi 30 mini gəlib yataqların yanına çıxmışdır. Qızıl yatağını tapmaq hələ işin yarısı idi, onu hələ yerin altından necəsə çıxarmaq lazım idi. Ona görə də bilavasitə neftin yerdən çıxarılması yalnız yayda mümkün idi.
1891-ci ildə Alyaskada növbəti qızıl səpintisi kəşf edildi. Berinq dənizindin sahilində Nom burnu yaxınlığında baş verən tufan İsveçdən olan qızılaxtaranların qayığın burada lövbər salmağa məcbur etmişdir. Onlar orada zəngin qızıl səpintisinin üstünə çıxmışdılar. Ehtiyatda olan bir əsgər isə 1899-cu ildə təsadüfən bu sahildə qumu yumuş və iri qızıl səpintisini tapmışdır. Sonuncu kəşf Yukona çayının qolu Tanana çayında olmuşdur. Tanana çayında tapılan qızıl səpintiləri Klondayk səpintilərinə bənzəyirdi. Sonradan hər iki yataqda olan səpintilərin oxşar olduğu məlum olmuşdur. Tanana qızıl səpintiləri tam olaraq 1950-ci ildən etibarən istismar olunmağa başlanmışdır. Lakin Alyaskada qızılın iri ana yataqları tapılmadı. Səpinti yataqlarında olan qızıl isə az idi və tez tükənirdi. XX əsrin əvvəllərində olan kəşflərin davamı gəlmədi, bununla da qızılaxtaranlar digər ərazilərə üz tutması sürətlənmişdir. Alyaska tədricən balıqçı və ovçuların məskunlaşdığı əyalət ştatına çevrildi.
Kaliforniya və Alyaskada qızıl hərisliyi bu gün çoxlarını maraqlandırır, ona görə də belə insanlar tez-tez ən məşhur və ən böyük qızıl yataqlarına xüsusi ekskursiyalar təşkil edirlər. Bəzən hətta turistlərə öz şansını yoxlamaq üçün süxur yığılmış sini qabı yumaq imkanı da verilir.