26 C
Baku
Tuesday, April 30, 2024

Soleta: iPhone-la idarə olunan ev

Bu ağıllı ev mobil tətbiqetmələr vasitəsilə idarə olunur və cəmi 25 min avro qiyməti var.

Soleta zeroEnergy – Ruminiyada yerləşir və özlüyündə gadget olmağa çalışır. İlk öncədən ciddi xarici görünüşünə baxmayaraq, bu evin daxilində ağıllı iqlim nəzarət və işıqlandırma sistemləri gizlədilmişdir. Bu sistemləri isə smartfonlar vasitəsilə işə salmaq mümkündür. Bu formada ev tərtib etməkdə məqsəd heç də fantastik elmi nailiyyətə sahib olmaq deyildi və bu yalnızca rahatlıq üçün nəzərdə tutulub.

Soleta – bu “passiv” yaşıl ev günəş istiliyi və yağış suyunu toplayaraq evi qızdırmaq və ventilyasiya üçün istifadə edir. Bu da elektrik enerjisinə 45% qənaət etməyə kömək edir. Bu tikilinin daxilində 50 kvadrat metrlik bir otaq yerləşir ki, bu otaqdan da həm ofis kimi, həm də yaşayış üçün istifadə etmək mümkündür.

Kottec ayrı-ayrı taxta parçlarından ibarətdir. Ondan istifadə etdikdən sonra onu asanlıqla söküb sonra yenidən qura bilərsiniz. Evin əsas versiyası 25 min avro dəyərindədir.

51599798872345159982cc388a

Son xəbərlər
 ⁠
Digər xəbərlər