12 C
Baku
Saturday, November 23, 2024

London metal birjası – LBM

Əgər təkcə beynəlxalq meyarlara görə mühakimə etsək, onda LBM Londonun işgüzar dairələrinin ən nüfuzlu təşkilatlarından biri hesab olunur. Bu birjanı geniş kütlələr o qədər də yaxşı tanımır, amma ki dağ-mədən, metallurgiya sahəsinin təmsilçiləri və hətta bir çox maliyyə strukturları bu instituta nəinki, böyük önəm verir, həm də ona böyük maraq və hörmətlə yanaşırlar. Çünki bu birja qeyd etdiyim sahibkarlara elə xidmətlər təklif edir ki, onların vasitəsi ilə hamı tərəfindən istehlak olunan əksər məhsulların dünyadakı qiymət formalaşmasına və qiymət stabilliyinin əldə olunmasında böyük rol oynayır.

Cəsarətlə LBM-i fyuçers və opsion sövdələrinə görə dünyanın ən aparıcı əmtəə birjalarından biri hesab etmək olar. bu birja hal-hazırda müxtəlif əlvan metallar üzrə ixtisaslaşıb: aliminium ərintiləri, qalay, nikel, sink, qurğuşun, ilkin aliminium, mis, gümüş. Bundan əlavə daha bir ixtisaslaşmış London birjası kimi – indeksli kontraktlar – LMEX adını çəkmək olar. Bunun sayəsində birja əlavə 6 ilkin metalı əldə edə bilir. Nəticə qismində çox da böyük olmayan bir nümunə çəkək : bu birjada illik ümumi pul vəsaitləri dövriyyəsi 4 500 000 000 000 amerikan dolları təşkil edir. Bunda əlavə LBM Birləşmiş Millətlər Krallığının dövlət xəzinəsi hər il dörddə bir milyard dollar vəsait gətirir.

Ümumiyyətlə isə əminliklə demək olar ki, rəngarəng metalların alış-veriş ticarəti öz başlanğıcını məhz Londondan gəlib, qeyd edib və getdiyini bildirib. Hələ bizim eranın 43-cü ilində Romalılar Uels və Kornvol ərazilərini zəbt edəndə burda iri mis və qalay yataqları var. Bu isə imperiyanın bürünc və ərintilərə olan ehtiyacını qarşılamaq baxımından böyük rol oynayıb.

Amma əgər söhbət məhz LBM-in tarixindən və köklərdən gedirsə , onları yalnız ilk –London Kraliça birjasının açılmasına qədər izləmək mümkün olur – bu 1571-ci ildə kraliça 1-ci Elizavettanın dövründə baş verib. Həmin dövrdə bir sıra metal və digər məhsul ticarətçiləri bir-biri ilə daha sıx-sıx görüşməyə başladı. İlk başdan bütün ticarətçilər bütün ticarətləri yalnız daxili bazarda həyata keçirməyə cəhd edirdi. Amma sonrakı illərdə İngiltərə metal ticarətinin həyata keçirildiyi beynəlxalq səhnəyə çevrildi, bura bir sıra digər Avropa ticarətçilərinin də diqqətini cəlb etdi. Artıq 19-cu yüzilliyə yaxın bu birja o qədər böyümüş və nəhəng olmuşdu ki, elə bu səbəbdən onun daxilində iş görmək kifayət qədər çətinləşdi, artıq sərhədləri genişləndirmək məqamı gəlmişdi.

Son xəbərlər
Digər xəbərlər