1 C
Baku
Saturday, December 14, 2024

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Oktyabrın 18-də “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin dövlət istiqrazları üzrə hərrac keçiriləcək.

BFB-dən APA-ya verilən məlumata görə, bir istiqrazın nominal dəyəri 100 manat, ümumi həcmi 20 mln. manatdır.

İstiqrazların tədavül müddəti 182 gündür.

İstiqrazların ödəmə müddəti 18 aprel 2017-ci ildir.

İstiqrazların yerləşdirilməsində anderrayter qismində “Paşa Kapital İŞ” QSC çıxış edəcək.

Son xəbərlər
Digər xəbərlər