UBS bankının ekspertləri və PricewaterhouseCoopers (PwC) auditor şirkətinin birgə təqdim etdiyi hesabata əsasən 1 il ərzində dünya milyarderlərinin sırasına əlavə 50 nəfər də daxil oldu. 2015-ci ilin sonunda 1 milyarddan çox sərvətə sahib olan şəxslərin ümumi sayı 1397 idi ki, bu da 2014-cü ildə qeydə alınan göstəricidən 50 nəfər çoxdur.
Bir il ərzində milyarderlər sırasına 210 nəfər daxil olmuş, 160 nəfər bu statusunu itirmişdir. 2015-ci ilin yekununa əsasən milyarderlərin ümumi sərvəti 5,1 trilyon dollar təşkil edirdi. Bir milyarderin orta statistik kapitalı 3,7 milyard dollar təşkil edir.
210 yeni milyarderin 113-ü Asiyadan, əsas olaraq isə Çindəndir – 80 nəfər. Araşdırmaçılar qeyd edirlər ki, Asiyada milyarderlər sərvətlərini özləri qazandığı halda, avropalı milyarderlərin 54%, ABŞ zənginlərinin 33%-i sərvətlərini miras yolu ilə əldə edir.