Əsas vəzifə və öhdəliklər
- Riyazi modellər və alqoritmlər əsasında qoyulan tapşırıqların yerinə yetirilməsini təmin edən proqramlar işləyib hazırlayır
- Məsələnin həlli alqoritminin proqramlaşdırma dilinə keçirilməsini, proqramların sazlanmasına hazırlıq işlərini və sazlanmanı həyata keçirir
- Proqramların onların funksional təyinatına uyğunluğunun tam şəkildə yoxlanması üçün yoxlama nümunələri verilənlərinin həcm və məzmununu müəyyən edir
- İsitfadəyə verilmiş proqram və proqram vasitələrinin müşayiətini həyata keçirir
- Proqramlaşdırma avtomatizasiyası üsul və vasitələrini, tipik və standart proqram vasitələrini işləyib hazırlayır və tətbiq edir, hesablama proseslərinin unifikasiyası və tipizasiyası üzrə işləri həyata keçirir
- Proqram arxitekturasını işləyib hazırlayır
Seçim meyarları
- Ali texniki təhsil
- Bank sistemlərinin inkişafı sahəsində davamlı iş təcrübəsi
- Oracle, MS SQL və ya PostgreSQL üzrə bacarıqlar
- Azərbaycan dili və rus dili üzrə əla səviyyədə biliklər
- Problemə yönəlik anatilik düşünmə tərzi
İş şərtləri
- Iş vaxtı: 5 iş günü, 09.00-18.00
- İş yeri: Əməliyyat Mərkəzi
Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində Bank sistemləri sözünü qeyd etməyi unutmayın.