Bu gün yalnız Avropada frank (İsveçrə) sözü “frank” kimi tələffüz olunur. İsveçrədəki digər rəsmi dillərdə valyutanın adı belə səslənir: italyanca franco, fransızca franc və almanca franken.
İsveçrə sikkələri 1, 2, 5 frank və 1,2, 5, 10,20, 50 santimo nominalında emissiya edilir. Banknotlarda Artur Xonoqqer, Yakob Burkxardt, Şarl Ferdinan Ramyu, Alberto Cakometti, Le Korbuzye və Sofi Tauber-Arp kimi məşhur şəxsiyyətlərin və ictimai xadimlərin təsvirləri əks olunub.
İsveçrə frankı 1850-ci ildə yaranıb və nominal dəyərinə görə bir fransız frankına bərabər idi. Beləliklə o, İsveçrə kontorlarında baş alıb gedən müxtəlif ölkə valyutalarını əvəz etdi, onlardan bəziləri həmin vaxt nominal dəyəri 1,5 fransız frankına bərabər olan valyutalardan istifadə edirdi.
1865-ci ildə Belçika, İsveçrə, İtaliya və Fransa vahid Latın valyuta İttifaqında birləşəndə, sözü gedən ölkələr öz milli valyutalarının mübadiləsini 4,5 qram gümüşün 0,290322 qram qızıla nisbətində həyata keçirmək haqqında razılığa gəldilər. Hətta valyuta ittifaqı öz fəaliyyətini1927-ci ildə dayandıranda belə, İsveçrə 1967-ci ilə qədər sözü gedən razılaşmaya əməl edirdi.
Frank (İsveçrə) ənənəvi olaraq, offşor ərazilərin və ya “sakit limanların” əcnəbi valyutası hesab olunur. Burada inflyasiya səviyyəsi “0”-dır və valyutanın mövqeyi qızılvalyuta haqqında qanunla daha da möhkəmlənir, belə ki, qanun valyuta ehtiyatlarına müvafiq olaraq qızıl ehtiyatlarının minimal səviyyəsini 40% olmasını tələb edir. 1920-ci ildə qızıla bağlılıq haqqında qəbul edilmiş qanun, İsveçrə Konstitusiyasına edilən dəyişikliklər ilə əlaqədar olaraq ləğv olunur. Frankın devalvasiyası 1936-cı ildə qeydə alınıb, bu isə Böyük Depressiya illərinin fəsadları ilə bağlı idi. Həmin dövrdə İsveçrə frankı amerikan dollarının devalvasiyasının ardınca öz qiymətini 30% itirir.
1850-ci ildə qədər İsveçrədə sikkələrin hazırlanması 75-dən artıq müəssisə tərəfindən həyata keçirilirdi, bura abbatlıqlar, 16 şəhər və 25 kanton da daxil idi. Dövriyyəyə 860 növdə müxtəlif cür sikkələr buraxılırdı. Onların nominal qiyməti və dəyəri də bir-birindən fərqlənirdi. Bundan əlavə 1850-ci ildə İsveçrə valyutası dövriyyədə olan pulun yalnız 15%-ni əhatə edirdi. Dövriyyənin qalan hissəsini isə tacirlər tərəfindən gətirilən əcnəbi valyutalar təşkil edirdi. Bu az imiş kimi, bir çox özəl banklar ilk dəfə banknotlar emissiya etməyə başlayır. Bununla da dövriyyədə olan sikkə və banknotların sayı 8 minə çatır. Bu isə valyuta sistemini kifayət qədər mürəkkəb edir.
Bu problemin həlli üçün 1848-ci il yeni İsveçrə Konstitusiyasında belə bir qanun qəbul edildi ki, ölkədə frank (İsveçrə) emissiya edəcək yeganə təşkilat Yeni Federal Hökumət olacaqdır. Bunun yekunu olaraq, 1850-ci il 7 may tarixli federal yığıncaqda valyuta sistemi haqqında yeni qəbul olunan qanuna əsasən Frank İsveçrənin milli valyutası kimi təsbit olundu.