Türkiyənin İstanbul şəhərində maskalı və silahlı 6 oğru 30 saniyədə mağazanın dəmir qapısını qıraraq, içəriyə daxil olublar.
Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar soyğunçuluq əməlini 1,5 dəqiqə ərzində başa çatdırıblar. Mağazadan 100 min lirə (51 min manat) dəyərində fotoaparat və cib telefonları aparılıb.