Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102017511 ISIN kodlu, 182 gün tədavül müddətli, 20 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən verilən məlumata görə, hərraca 4 investor 8 sifariş təqdim edib.
Sifarişlərin nominal üzrə ümumi məbləği 7 136 200 manat təşkil edib. Sifarişlər 91,3000 AZN (19,2159%)-93,3000 AZN (14,4812%) qiymət intervalında təqdim edilib. Hərracın yekununda bağlanılmış əqdlərin minimal qiyməti 91,3 manat (19,2159%), ortaölçülmüş qiyməti 92,1575 manat (17,1608%) olub.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 19.10.2016 (T+1) tarixində həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 7 136 200 AZN təşkil edib. İstiqrazların ödəmə tarixi 18 aprel 2017-ci ildir.
Report