10 C
Baku
Sunday, December 22, 2024

Amazon geyim bazarını necə “ələ keçirir”

Geyim ən gəlirli məhsullardan biridir. Onu satmaq sərfəlidir, lakin onu istehsal etmək daha da sərfəlidir. Bu səbəbdən də, Amazon şirkəti 2016-cı ildə 7 şəxsi dəbli brend yaratdı. Banker.az Ceff Bezos-un şirkətinin yeni bazarı necə nəzarət altına götürdüyündən danışır.

“200 milyard dollar dəyərə sahib olan şirkətə çevrilmək üçün geyim və qida satmağı öyrənməlisiniz” – bu sözləri 2007-ci ildə Amazon şirkətinin əsasını qoyan Ceff Bezos səsləndirib. Şirkətin xüsusi bölməsi olan Amazon Fashion 2012-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, Bezosun tərzinə tam uyğun gəlir.
Keçən il Amazon şirkəti geyimdən 16,3 milyard dollar qazandı. Amerika bazarında internet satışla bu göstəriciyə nail olan heç bir şirkət yoxdur. Amazonu hələ ki offline pərakəndə satışlar ilə geridə qoyan şirkətlər isə böhranla üzləşib. Proqnozlara əsasən, Amazon növbəti il geyimdən 27,77 milyard dollar qazanacaq və öz rəqiblərini çox uzaqda qoyacaq.

2016-ci ildə internetdən alış-veriş etməyə hazırlaşan iki amerikalıdan biri Amazonun saytına daxil olur. Artıq 40 milyondan çox insan geyim, ayaqqabı və yaxud dəbli aksessuar əldə edib. Ümumilikdə şirkət 285 milyon fəal istifadəçiyə sahibdir.

Amazon şirkətinin alıcılar uğrunda mübarizəsinin əsasını Prime Now proqramı təşkil edir. İllik 99 dollar ödəyən istifadəçi iki gün ərzində keçərli olan pulsuz çatdırılma, Amazon video və Kindle kitabxanasına giriş, Washington Post-a sınaq abunəliyi, həmçinin 7,99 dollar ödəniş etdikdə gündəlik istifadə olunan 25 000 məhsuldan seçilən məhsulların 2 saat ərzində çatdırılması imkanını əldə edir. 2016-cı ilin ortalarında Prime Now proqramına 63 milyon insan abunə olmuşdu. Şirkət keçən il ərzində bu proqramın inkişaf etdirilməsi üçün 11 milyard dollar xərclədi. 2016-cı ilin əvvəlindən şirkət 20 ədən Boeing 767 təyyarəsi icarəyə götürdü, 4000 yük maşını aldı.
R.W. Baird analitiklərinin hesablamasına əsasən, 2015-ci ildə şirkətin saytı geyim və aksessuar bölməsi üzrə 30 milyondan çox çeşidə sahib idi. Gündəlik olaraq öz kataloqu üçün 3000-ə yaxın geyimin şəklini çəkmək üçün şirkət Nyu-Yorkda və Londonda iki nəhəng fotostudiya açıb. Amazon dəb aləminin nümayəndələri ilə qarşılıqlı münasibət yaratmağa çalışır, lakin bu şirkət üçün elə də asan məsələ deyil. 100 nəhəng amerikalı brend içərisində yalnızca 16-sı (Calvin Klein, Michael Kors və Tommy Hilfiger də daxil olmaqla) rəsmi olaraq Amazon internet mağazasında təqdim olunub, digərləri isə qeyri-rəsmi vasitəçilər sayəsində.

Bundan əlavə, Amazon onun üçün vacib olan tədbirlərə sponsorluq etməklə dəb dünyasında öz yerini tutmağa çalışır. Məsələn, Nyu-Yorkda kişi geyimləri həftəsini və yaxud Tokio dəb həftəsini. Seçim heç də təsadüfi olmur. Belə ki, Amazon Fashion satışlarının demək olar ki, yarısını kişi geyimləri və aksessuarları təşkil edir.

Son xəbərlər
Digər xəbərlər