13 C
Baku
Sunday, September 29, 2024

Xaricdə iş axtaranlar üçün altı ən yaxşı ölkə

Xoş həyat, yaxşı iş və yüksək əmək haqqı arxasınca hara getmək olar? Bütün dünya üzrə sorğuya cəlb olunan iştirakçıların rəyinə əsasən əcnəbilərin özlərini ən rahat hiss etdiyi altı ölkəni sizin diqqətinizə təqdim edirik.

MoneyWatch yazır ki, HSBC bankı bütün dünya üzrə 3,4 min iştirakçı sorğu keçirib və sorğunun nəticəsinə görə 31 ölkənin reytinqini tərtib edib. Digər ölkələr ilə müqayisədə əcnəbilər üçün daha çox münasib olan altı ölkənin adı seçilib. Sorğuda iştirak edənlərin əksəriyyəti amerikalı olduğundan, bu altı ölkə sırasında Ştatların yer tuta bilməməsi heç də təəccüblü deyil.

Çin

Çində  sorğu iştirakçılarının 95%-i yerli iqtisadiyyatı pozitiv qiymətləndirir və gələn il daha yaxşı olacağına inanırlar. Əcnəbilərin çoxları Çinə karyera yüksəlişi yaxud çox pul xatirinə gəlirlər, lakin ancaq 25%-i ildə 200 min dollardan çox alırlar.  Bəs bu halda onlar nə üçün Çinə gedirlər? Məlum olub ki, əgər Çin Amerika və Avropa ilə müqayisə edilsə, Çində uşaqları böyütmək daha ucuz başa gəlir.  Iştirakçıların 22%-i qeyd edirlər ki, uşaqlarla bağlı xərcləri azalıb və bununla belə onlara olan qulluq səviyyəsi yüksəlib.

Misir

Sorğunun nəticəsinə görə Misirin əsas üstünlüyü maliyyə rifahını və maliyyə təhlükəsizliyini artırmaq imkanının olmasıdır.  Misirdə yaşayan 81% əcnəbi gəlirlərinin artığı haqqında xəbər verirlər. 60%-i qeyd edirlər ki, köçdükdən sonra daha çox pula qənaət etmək mümkün olur.

Səudiyyə Ərəbistanı

Daha bir ərəb ölkəsi və yenə də əsas üstünlük maliyyə rifahı və maliyyə təhlükəsizliyidir.  Demək olar ki, bütün iştirakçılar (98%) gəlirin artıqlığı haqqında danışırlar.

Sinqapur

Sorğunun məlumatına görə iştirakçılar bu ölkəni yüksək həyat keyfiyyəti (66%) və karyera perspektivləri (65%) səbəbindən seçirlər.

Tailand

Tailandda  əcnəbilərin 78%-ievdə qazandıqlarından çox qazanmağa başlamışlar. Sorğuya cəlb olunanların böyük əksəriyyəti (82%) bu ölkəni pensiyaya çıxmaq üçün ideal ölkə hesab edir.

Yeni Zelandiya

Bu ölkədə iştirakçılar üçün müəyyənedici faktor kimi yaşayış keyfiyyəti hesab olunur. Sorğuda iştirak edənlərin təxminən 80%-i əmindirlər ki, Yeni Zelandiyaya köçmələri ilə onlar nəhayət iş və şəxsi həyat arasında olan balansı qaydaya sala bilmişlər. Bütün dünyada iştirakçıların ancaq 30%-i bununla öyünə bilər.

Son xəbərlər
Digər xəbərlər