Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə” Milli Məclisin sentyabrın 30-da qəbul etdiyi qanunun tətbiqinə dair sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə (NK) ölkə qanunlarının və prezident aktlarının dəyişikliyə uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay ərzində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.
Bundan başqa, NK normativ hüquqi aktlarını 3 ay müddətində həmin qanuna uyğunlaşdırmalı, bu barədə ölkə prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı, bunun icrası barədə 5 ay müddətində dövlət başçısına məlumat verməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Sərəncamda, həmçinin qeyd olunur ki, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Mühasibat uçotu haqqında” yeni qanuna uyğunlaşdırılmasını təmin edərək NK-ya məlumat versin.
Qeyd edək ki, qanuna edilmiş dəyişiklik investisiya fondlarının idarəçilərinin ictimai əhəmiyyətli qurum sayılmasını nəzərdə tutur.
Report