10 C
Baku
Friday, December 13, 2024

Prudensial siyasət və metodologiya idarəsi – Analitik (sığorta sahəsi üzrə) – Maliyyə Bazarlarına Nəzarət Palatası

Maliyyə Bazarlarına Nəzarət Palatası

Prudensial siyasət və metodologiya idarəsi – Analitik (sığorta sahəsi üzrə)

Namizədə dair tələblər:

• Ali təhsil (İqtisadiyyat üzrə);
• Analoji sahə üzrə ən azı  2 il iş təcrübəsi;
• Analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• Yeni nəzəri və praktiki bilikləri mənimsəmək və tədqiqat aparmaq qabiliyyəti;
• İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

• Sığorta təşkilatlarının fəaliyyətinin tənzimlənməsi üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanmasına dəstək verir;
• Qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun olaraq sığorta təşkilatlarının fəaliyyətinə nəzarət mexanizmlərinin tətbiq edilməsi üzrə təkliflər verir;
•  Sığorta sisteminin maliyyə sabitliyinə və dayanıqlığına təsir edə biləcək amilləri və risk faktorlarını mütəmadi olaraq müəyyənləşdirir və təhlil edir;
•  Aparılmış təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər hazırlayır;
•  Sığorta sektorundan daxil olan müraciətlərə baxır, məktub və sorğulara cavablar hazırlayır;

Qeyd:

Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Əlaqə vasitələri:

E – mail :  [email protected]
www.fimsa.az

Son xəbərlər
Digər xəbərlər