7 C
Baku
Thursday, December 12, 2024

Avro yaradıcısı öz valyutasının süqutunu proqnoz verdi

Daily Telegraph nəşrinin bildirdiyinə görə, Avropa Mərkəzi bankının keçmiş iqtisadçısı, avro valyutasının yaradıcılarından biri olan professor Otmar İssinq Avropa İttifaqının valyutasının süqut edəcəyini proqnoz verib.

Beləliklə, onun fikrincə, ümumilikdə avro layihəsi cari formada işqabiliyyətinə malik deyil və səmərəsizdir. İssinqin sözlərinə görə, vahid Avropa valyutası özlüyündə iqtisadi deyil, siyasi layihəni əks etdirir.

“Siyasətin iqtisadiyyat üzərində zəfəri kağız evi xatırladır və bir gün o dağılacaq. Yaxşı halda, Avropa Mərkəzi bankı hər dəfə böhranla bacardığı qədər mübarizə apararaq birtəhər suyun üzərində qalmağı bacaraq, digər tərəfdən isə, o bunu tam süqut yaşanana qədər edə biləcək” – deyə professor bildirib.

Son xəbərlər
Digər xəbərlər