10 C
Baku
Monday, November 25, 2024

Mühasib – MətanətA

Mühasib

Namizədə tələblər

Yaş:25-40
Təhsil: Ali
İş təcrübəsi: 2- 5 il iş təcrübəsi olan
Dil bilikləri: Azərbaycan dili
Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

İşə planlı yanaşmaq bacarığı
Yüksək ünsiyyət bacarığı
Nitq mədəniyyəti
Təmkinlilik, etibarlılıq, özünə inamlı
Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı

Əsas vəzifə öhdəlikləri

1.       Hesablarda (o cümlədən 1C Proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək
2.       Müəssisədə yazılmış maliyyə tələbnamələrinin və digər aidiyyatlı sənədlərin qeydiyyatını aparmaq, lazımi formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək
3.       Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək
4.       Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək və onları hesabı emala hazırlamaq
5.       Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.

Əmək haqqı: Razılaşma yolu ilə

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər( məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır)

Son xəbərlər
Digər xəbərlər