Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) sahib olduğu qızıl ehtiyatları uzunmüddətli və strateji xarakter daşıyır. “APA-Economics” xəbər verir ki, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov “Caspian Energy” jurnalına müsahibəsində deyib.
“Biz qızıla yatırdığımız investisiyaları portfelimizin diversifikasıya elementi kimi yox, Azərbaycanın strateji qızıl valyuta ehtiyatlarının bir hissəsi kimi görürük. Bu da istər maliyyə, istərsə də siyasi risklərin təminatına hesablanıb”, – deyə Ş. Mövsümov deyib.