3 C
Baku
Saturday, December 14, 2024

Problemli kreditlərlə bağlı yenilik- Rüfət Aslanlıdan mühüm açıqlama

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda bank sektorunun problemli aktivlərini “bir dam altında” birləşdirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

 

ELƏCƏDƏ BAX: “Palata bankların yox, insanların tərəfində olmalıdır

O qeyd edib ki, hökumət artıq müəyyən müddətdir problemli aktivlərin idarə edilməsinin institusionallaşdırılmasını müzakirə edir:

“Müvafiq hesabat artıq Azərbaycan Prezidenti Administrasiyasına təqdim edilib. Maliyyə Sabitliyi Şurası artıq bunun üzərində çalışır və böyük ehtimalla yaxın günlərdə qərar qəbul olunacaq”.

BUNUDA OXU: Bakı Metropoliteni” avtobus alır

Ölkənin bank sisteminin sağlamlaşdırılması barədə danışan R.Aslanlı qeyd edib ki, Palata bu istiqamətdə bankların birləşməsini səmərəli hesab etmir: “Biz bankların və sığorta şirkətlərinin məcburi birləşməsinin əleyhinəyik, biz belə addımı uğursuz hesab edirik”.

Son xəbərlər
Digər xəbərlər