10 C
Baku
Monday, November 25, 2024

IFRS üzrə mütəxəssis – AccessBank

Namizədlər üçün irəli sürülən tələblər:

• Maliyyə / mühasibatlıq və ya digər müvafiq ixtisasa malik olmaq;
• Yaxşı Beynəlxalq Maliyyə Hesabatları Standartları (İFRS) bilikləri;
• Mühasibatlıq / audit sahəsində ən azı 2 illik iş təcrübəsi (bank sahəsində iş təcrübəsinə üstünlük verilir);
• Azərbaycan, ingilis və rus dillərini işgüzar səviyyədə yaxşı bilmək;
• Microsoft Office sahəsində (Excel, Word, PowerPoint və s.) yaxşı işgüzar vərdişlər, SQL biliyinə üstünlük verilir;
• Mükəmməl təşkilati vərdişlər və çoxsaylı prioritetləri idarə etmək bacarığı;
• Müxtəlif səviyyələrdə ünsiyyət saxlamaq bacarığı;
• Fəallıq, minimal göstərişlər əsasında effektiv hərəkət etmək bacarığı;
• Prosesləri yoxlamaq, təkmilləşmiş metod və layihələri reallaşdırmaq;
• Mürəkkəb işgüzar məsələlərin həlli yollarını axtarmaq bacarığı.
Vəzifə öhdəlikləri:
• Aylıq, rüblük, (yarım)illik balans hesabatlarının, mənfəət və zərər haqqında hesabatların və pul vəsaitlərinin hərəkəti haqqında hesabatların hazırlanması
• İFRS üzrə yarımillik və illik maliyyə hesabatlarına dair qeydlərin hazırlanması
• Maliyyə hesabatlarının təhlili / auditi zamanı kənar auditorların koordinasiyası
• Maliyyə məlumatlarının təhlili və rəhbərlik üçün hesabatların hazırlanması
• Bölmələrin zəruri maliyyə və qeyri-maliyyə göstəriciləri və məlumatları ilə təmin olunması
• Seçim əsasında: məhsulun maya dəyərinin hesablanması və filialın mənfəətliliyinin təhlili

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Müraciət üçün son tarix: 25.11.2016

Son xəbərlər
Digər xəbərlər