Yenicə başlayan sahibkarları daha çox belə bir sual maraqlandırır: ticarətdə franşiza nə deməkdir? Onu necə istifadə etmək və haradan almaq olar? Niyə texnologiyanı yaratmaq deyil, satın almaq daha sərfəlidir? Bütün bu sualları məqalədə cavablandırmağa çalışacağıq.
Ticarətdə franşiza nədir?
Adi dildə franşiza sözü məhsul ticarətinə icazə kimi başa düşülür, çatdırılma isə müqavilənin şərtlərindən asılı olaraq müəyyənləşdirilir.
Nümunə: siz “33 həzz” adı altında dondurma istehsal edən firmasınız, özünəməxsus dondurma hazırlanma texnologiyasını fikirləşmisiniz, şəxsi təchizat sistemini işləyib hazırlamısınız, inkişaf etmək istəyiniz də var, lakin yeni obyektlərin açılması üçün sadəcə olaraq, pulunuz yoxdur. Bu zaman franşiza satmaq qərarı alınır.
Firmaya müştəri gəlir və deyir ki, sizin plan əsasında şəxsi biznesini qurmağa, daxilolma xərclərini ödəməyə hazırdır və siz isə ona öz texnologiyanızı təqdim edir, sizin ticarət markası adı altında dondurmanın satış prosesinin təşkil edilməsinə kömək edirsiniz.
Əməkdaşlığın iki variantı ola bilər: siz ona dondurmanı çatdırırsınız, o isə yalnız satışı ilə məşğul olur və ya o dondurmanı özü müəyyən ərazidə satmağa icazə alır.
Franşizanın üstünlükləri:
1. Siz çoxillik təcrübə satın alırsınız.
2. Istehsal texnologiyası təqdim olunur.
3. Reklam materialları təklif olunur, adətən franşizanı brend şirkət satır, siz məşhur məhsul adı altında ticarət edəcəksiniz.
4. Müşayiət
5. Yerindəcə faydalı tövsiyələr
6. Personalın maarifləndirilməsi
Indi daha ətraflı.. Həyatda olduğu kimi biznesdə də təcrübə çox vacib rol oynayır, bu da sınaq və səhvlər yolu ilə əldə olunur, siz isə bu ağır mərhələni buraxmış olacaqsınız.
Istehsal texnologiyası məhsulun keyfiyyətinə cavabdehdir, siz öz texnologiyanızı fikirləşə bilərsiniz, lakin bunsuz da keçinmək olar, vaxtınıza və pulunuza qənaət edin.
Ticarətin dünya liderləri reklama 30-40% xərc çəkirlər, siz isə artıq reklam olunmuş məhsul alacaqsınız və xərcləriniz minimuma enəcək. Əsas məsələ obyektin yerləşmə mövqeyi haqqında alıcıları məlumatlandırmaqdan ibarət olacaq. Françayzer firma reklam materialları təklif edir, bununla da onlara çəkilən xərclər yoxa çıxır.
“Ticarətdə franşiza nədir” sualına daha bir sözlə -müşayiət anlayışı ilə cavab vermək olar. Belə ki, tərəfdaş firma sizin uğurunuzda maraqlı olduğu üçün siz nəticə əldə olunana qədər hüquqi və informativ cəhətdən təmin olunacaqsınız.
Yerin seçilməsi və ilkin assortiment ilə bağlı faydalı məsləhətlər də çox vacibdir.
Personala françayzer firmanın maddi və informasiya bazası əsasında təlimlərin keçirilməsi əhəmiyyətli dərəcədə xərclərə qənaət etməyə imkan verəcək.
Çatışmazlıq:
1. Sizdən dəqiqliklə müqavilə şərtlərinə əməl etməyiniz tələb olunacaq.
2. Uğursuzluq halında pulları sizə qaytarmayacaqlar.
Mahiyyət etibarilə, franşiza vaxtilə ixtiraçısı tərəfindən patentləşdirilmiş mövcud olan konsepsiyalara yeni yanaşmadır. Bu növ biznesə olan münasibət müxtəlif ola bilər, son seçim sizindir. Müxtəlif firmaların təklifləri ilə tanış olmağı məsləhət görürəm, hazırda olan sayı kifayət qədərdir.