9 C
Baku
Thursday, December 12, 2024

Növbəti “iPhone” inqilabi olacaq – Tam şüşədən

Jurnalist və texniki ekspert Robert Skoubl etibarlı mənbələrə istinadən növbəti nəsil “iPhone”ların smartfon bazarında inqilab edəcəyini bildirib.

Bu barədə o, özünün bloqunda yazıb. “Mənə dedilər ki, növbəti “iPhone” tam şüşədən olacaq (“Gorilla Glass” və möhkəmliyi təmin edən digər polikarbonatlarla birlikdə), yeni nəsil OLED-displeylə təchiz olunacaq”, – deyə R. Skoubl deyib. O bildirib ki, yeni “iPhone”u sensorları olan qarnitura yerləşdirmək mümkün olacaq, bunun sayəsində “Nvidia 1080”lə müqayisədə daha yüksək tezlikli kadrlar təmin ediləcək.

Jurnalist qeyd edib ki, 2017-ci il buraxılışlı “iPhone” holoqramdan istifadə edilməklə əlavə reallıq (augmented reality) texnologiyasına malik olacaq: “Telefon “Apple”ın satın aldığı “Primesense” şirkəti tərəfindən 3D sensorla təchiz ediləcək. Hazırda İsraildə şirkətin 600 mütəxəssisi bunun üzərində çalışır. Söhbət “iPhone”un 10 illik yubiley modelindən gedir. Bu məhsulu “Apple”ın yeni, fantastik mənzil-qərargahında nümayiş etdirəcəklər. Bu, mobil sənayeni tam dəyişdirəcək çox vacib məhsul olacaq”.

Qeyd edək ki, “iPhone 8”in tam şüşə displeydən ibarət olacağı barədə söhbətlər daha öncə da yayılmışdı. Ekspertlər cihazın “Home” düyməsinə malik olmayacağını da bildirir.

Lent.az

Son xəbərlər
Digər xəbərlər