NIKOIL | Bank vakansiya elan edir!
Proqramçı
Tələblər:
- Ali texniki təhsil
- İş stajı: ən azı 1 il
- Tələb olunan bacarıqlar və biliklər:
- Proqramlaşdırma dillərindən istifadə üzrə praktik təcrübə;
- Layihələr üzrə iş təcrübəsi;
- Bankdaxili proseslərdən xəbərdar olmaq;
- Azərbaycan və rus dillərində sərbəst danışmaq və yazışmaq bacarığı;
- İngilis dilini texniki səviyyədə bilmək;
- Analitik düşüncə tərzi;
- Tələb olunan biliklər: PL/SQL, .NET (C #, ASPX), JAVA, WEB (AJAX, jQuery)
Öhdəliklər:
- Proqram təminatının hazırlanması və modifikasiyası, bank və informasiya sistemləri üzrə layihələrin müşayiəti.
- Yeni sistemlərin beta-testi.
- Bank sistemlərinin monitorinqi və işlək vəziyyətdə olmasına dəstək.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.