7 C
Baku
Thursday, December 12, 2024

Dünyanın ən yaxşı özəl bankı elan edildi

Global Finance maliyyə jurnalının versiyasına əsasən, dünyanın ən yaxşı özəl bankı İsveçrənin UBS bankı elan edildi. Jurnalın redaksiyası qalibi marketinq araşdırması, analitiklərin fikirləri, maliyyə sahəsinin aparıcı oyunçularının və bank xidmətindən mütəmadi yararlanan şəxslərin düşüncələri əsasında təyin edib.

Jurnal həmçinin ölkə və regionlar üzrə ən yaxşı özəl bankları da təyin edib. Raiffeisen Bank eyni zamanda iki fərqli ölkədə  – Ruminya və Xorvatiyada ən yaxşı özəl bank elan edilib. Qərbi Avropa ən yaxşı özəl bank BNP Paribas oldu. Unicredit isə Mərkəzi və Şərqi Avropada ən yaxşı özəl bank adına layiq görülüb.

Kateqoriyalar üzrə qaliblər:

Ən yaxşı özəl bank — UBS

Dünyanın ən yaxşı private-bank butiki — Banque Syz

Dünyanın ən yaxşı innovativ özəl bankı — Citi

İnvestisiya üçün ən yaxşı özəl bank — UOB

Yeni müştəri seqmenti üçün ən yaxşı özəl bank — BNY Mellon

İnkişaf etməkdə olan bazarlar üçün ən yaxşı özəl bank — Itaú Unibanco

Sahibkarlar üçün ən yaxşı özəl bank — Northern Trust

TOP-rəhbərlər üçün ən yaxşı özəl bank — Morgan Stanley

Milleniallar üçün ən yaxşı özəl bank — DBS Bank

1 milyon dollardan az olmayan kapital üçün ən yaxşı özəl bank — Santander

1 milyon dollardan 25 milyon dollara qədər kapital üçün ən yaxşı özəl bank — DBS Bank

25 milyon dollardan çox kapital üçün ən yaxşı özəl bank — J.P. Morgan

Nəsillərarası özəl kapitalın idarəsi üçün ən yaxşı özəl bank — Pictet

Müştəri məsələlərinin rəqəmsal həll edilməsi üzrə ən yaxşı özəl bank — KEB Hana Bank

 

Regionlar üzrə qaliblər:

Şimali Amerikada ən yaxşı özəl bank — J.P. Morgan

Şimali Amerikada sahibkarlar üçün ən yaxşı özəl bank — BMO

Qərbi Avropada ən yaxşı özəl bank — BNP Paribas

Qərbi Avropada sahibkarlar üçün ən yaxşı özəl bank — Société Générale

Asiya-Sakit okeanı regionunda ən yaxşı özəl bank — DBS Bank

Asiya-Sakit okeanı regionunda sahibkarlar üçün ən yaxşı özəl bank — Bank of Singapore

Mərkəzi və Şərqi Avropada ən yaxşı özəl bank — Unicredit

Latın Amerikasında ən yaxşı özəl bank — Santander

Karib dənizində ən yaxşı özəl bank — Scotiabank

Yaxın Şərqdə ən yaxşı özəl bank — NBD

Afrikada ən yaxşı özəl bank — Standard Bank

Son xəbərlər
Digər xəbərlər