6 C
Baku
Sunday, December 15, 2024

“AtaBank” ASC-dən yeni aksiya

“AtaBank” ASC ilə “MasterCard” beynəlxalq ödəniş sisteminin yeni birgə reklam aksiyasına start verilib.

Kampaniya şərtlərinə görə “AtaBank”-ın MasterCard kart sahibləri UBER X-də qeydiyyatdan keçib 10 AZN-ə qədər olan ilk 2 gedişi pulsuz əldə edirlər.

UBER X aksiyası 31 Dekabr 2016-cı il tarixinədək etibarlıdır.

Onuda qeyd edək ki, AtaBank MasterCard Gold və MasterCard Platinum kart sahibləri üçün UBER Select-də qeydiyyatdan keçib 10 AZN-ə qədər olan ilk 3 gedişi pulsuz əldə edirlər.

UBER Select aksiyası 01 Fevral 2016-cı il tarixinədək etibarlıdır.

Aksiya iştirakçısı olmaq üçün mobil telefona “Uber”əlavəsini yükləmək (“AppStore”, “Google Play” və “Windows Market”də yükləmək mümkündür), qeydiyyatdan keçmək, AtaBank “MasterCard” kartları vasitəsilə ödəniş etmək, “Promokodlar” bölməsində MasterCardBaku promo kodunu daxil edib lazımi ünvana sifariş vermək gərəkdir.

Keçiriləcək aksiyada yalnız AtaBank “MasterCard” kartları vasitəsilə “Uber”-də qeydiyyatdan keçmiş yeni istifadəçilər iştirak edə bilərlər.

 

Son xəbərlər
Digər xəbərlər