Dünyanın ən məşhur qazlı içki muzeyi elə onun öz vətənində, yəni Atlantda yerləşir. Mahiyyətcə demək olar ki, şəhər özü bütövlükdə biz muzeydir- hər tin boyu uşaqlıqdan bəri bizə yaxşı tanış olan içki avtomatı ilə qarşılaşmaq olar.
Bilavasitə World of Coca-Cola muzeyinə gəldikdə isə onun əsası 1991-ci ildə qoyulmuş, 2007-ci ildə isə onu yeni məkana köçürmüşlər. Muzeyin ziyarətçiləri içkinin müxtəlif dövrlərdə istehsal olunmuş çeşidlərini və onun reklamlarını görə bilərlər (xatırladaq ki, bu şirin qazlı suyun özünü isə 1886-ci ildə ixtira etmişlər). Muzeydə həmçinin kompaniyanın müxtəlif ölkələrdə hazırlanan içkilərinin dadına da baxmaq olar ( bu sırada cəmi 64 ölkə adı var). Əlbəttə bütün bunlar Coca-Colanın reklam single-larının musiqisi ilə müşayiət olunur.
Muzeyə ildə 1 milyondan artıq insan baş çəkir. Bura əsasən məktəblilər daxildir. Onları bura böyük avtobuslarda- sanki pionerləri lager düşərgəsinə aparırmış kimi gətirirlər.

Nord Hanqtinqtonda (Pensilvaniya ştatı) isə nəhəng və əcaib Big Mackın muzeyini ziyarət etmək olar. Burda ziyarətçilərə bu burqerin (hamburger) tarixi və onun 20-ci əsrin pop-mədəniyyətinin yaranmasında oynadığı rolu haqq məlumat verirlər. Əksər «maklar» kimi, bu müəssisdə sutkanın 24 saatı ərzində açıq olur.

Bir sözlə, bura əsl maşın həvəskarlarının yeridir (bir şərtlə ki, onlar bu alman markasına həqiqətən də sadiq olsunlar). Yeri gəlmişkən, burda həmçinin uşaqlar üçün təhsillə bağlı tədbirlər və bayramlar keçirilir. Muzeyi görməkdən ötrü Almaniyaya getmək istəməyənlər isə virtual səyahət də həyata keçirə bilər.

Tunel şokolad fabrikinin ərazisindən keçir və elə şüşədən ziyarətçilər şirniyyat məmulatlarının necə hazırlanmasını müşahidə edə bilərlər.

Amma digər tərəfdən yanaşsaq bura elə böyüklərin də xoşuna gəlməlidir məşhur animasiya filmlərinin müxtəlif fraqmentlərinin, həmçinin personajlarının yığımından əlavə ( o cümlədən ilk tam metrajlı Hollivud cizgi filmi olan «Ağbəniz və yeddi cırtdan»), burda Disneyin və onun yaxınlarının şəxsi əşyalarını da görmək mümkündür. Bir sözlə bu 20-ci əsr tarixinə məşhur ailənin gözləri ilə nəzər salmağa əsl imkan verir.

Muzeyin sahəsi 200 kvadrat metri əhatə edir ki, məhz bu qədər ərazi bütün sərgi eksponatlarını yerləşdirməyə kifayət edir.
Yeri gəlmişkən, bundan əlavə virtual muzeydə mövcuddur ki, o elə indidən fəaliyyət göstərir.








